28.03.2024

Şəhid olan atasını 3 övladı belə yola saldı- FOTOLAR

Ağstafa rayonunda şəhidlə vida mərasimi keçirilir.
Anews.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Sadıqov Vüqar Lətif oğlunun nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndinə aparılıb. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən yayılan fotoda şəhidin övladları yer alıb. Mərhumun 2 qız, 1 oğlu olub. 
Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub, yaralılar var.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: