Kəlbəcərin işğalından 26 il keçdi…

Güllü nənəm o dağlardan idi. Anamın anasını deyirəm.15 yaşında babam onu istəyib, götürüb qaçırıbmış öz elinə. Babam Kolanı idi, deyirdi Çıraqlıyıq biz. Nənəmin eli-günü o dağlarda qalmışdı.

Qohum,qardaşı Çaykəndden tutmuş, Nədirxanlı, Alxaslı, Aşağı Xaç və başqa kəndlərdə yaşayırdılar.

O tərəflərdən Güllü adında olan yaşlı qadınlar, Aşıq Ələsgərin “Güllü” serini, məhz ona yazıldığını söylərdilər, Güllü nənəm də elə deyərdi və biz elə ona inanardıq ki, elə o şer bizim nenemize yazılıb.

O, incə sarışın və gözəl qadın idi…

Dağdan qonaq gələn qardaşı oğlanları lay divar kimi hündür, enli biləkli və gen çiyinli idilər, nənəm isə zərif və göyçək idi.

Çəkdiyi dərd yükünün ağırlığına baxmayaraq (təkcə oğlu Osman dayım müharibədə ağır yaralanıb,1946-cı ildə evə dönüb rəhmətə getmişdi) üzgün sifətində hemişə o dağların qırmızımtıl nişanəsi görünərdi.

Yaşadıqları kənddən Murovun zirvəsi ovuc içi kimi görünərdi və o üzü dağlara bayatı söylərdi. O zaman söylədiklərindən bir şey anlamasam da, sonralar bilirdim, başa düşürdüm.

Hə onu deyirdim axı, Kəlbəcərin işğalını deyirdim…

Güllü nənəmin vətənini deyirdim, onun diliynən deyirdim…

Dağlar, mənə qar göndər,
Əsirgəmə var göndər,
Ya dərdimə əlac et,
Ya dərmanın var, göndər…

Müəllif: Xanımzər MEHDİYEVA

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •