19.03.2024

Ermənistanda milyonçu deputatın daha bir silahdaşı həbs edildi

Ermənistan parlamentinin keçmiş deputatı Vanik Astryan həbs edilib.

“Report” “1in.am”a istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidməti məlumatı təsdiqləyib.

O, rüşvət verməkdə ittiham olunur. Hazırda araşdırmaları davam edən həmin cinayət işində Çiçəklənən Ermənistan Partiyasının sədri, milyonçu deputat Qaqik Sarukyanın da adı hallanır. 

Qeyd edək ki, V.Astryan 1956-cı ildə anadan olub. Müxtəlif vəzifələrdə işləyib. O, 2017-ci il aprelin 2-də Q.Sarukyanın partiyasında ərazi seçki məntəqəsi üzrə siyahı ilə deputat olub.

Q.Sarukyan 2017-ci ildə keçirilən parlament seçkilərində seçicilərin səsini qazanmaq üçün rüşvət verməkdə ittiham olunur. Bir müddət əvvəl onun partiyasından olan keçmiş deputat Abraam Manukyan həbs edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: