Həmvətənimiz Qazaxıstanda “Ən yaxşı jurnalist” mükafatına layiq görülüb

Həmvətənimiz Qazaxıstanın “Ən yaxşı jurnalist” mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi bu ölkədə türk və rus dillərində nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, soydaşımız Rövşən İsmayılovu (Məmmədoğlu) “Ən yaxşı jurnalist” nişanı ilə təltif edib.

Qeyd edək ki, jurnalistin rəhbərlik etdiyi “Ahıska” qəzeti Qazaxıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, xüsusən də digər milli azlıqların qəzetləri arasında fərqliliyi ilə seçilir. Dünya Ahıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun himayəsi ilə nəşr olunan “Ahıska” qəzeti bu il 20 illik yubileyini qeyd edir. Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, burada yaşayan Axısqa türkləri və digər milli azlıqlar ilə, eləcə də buradakı etnik azərbaycanlılar və Azərbaycan diasporu ilə bağlı xəbərləri işıqlandıran qəzet bir neçə il əvvəl TÜRKSOY təşkilatının “Türk dünyasına xidmət” mükafatına da layiq görülüb.

Rövşən İsmayılov 1966-cı il dekabrın 16-da Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Azərbaycanda “Axtarış” və “Veteran” qəzetlərinin baş redaktoru olub. 2004-cü ildən Qazaxıstanda nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, 9 kitabın müəllifidir.

P.S. Xatırladaq ki, Rövşən İsmayılovu (Məmmədoğlu) AVMVİB «Veteran» qəzetinin baş redaktoru olub. Təbrik edirik!

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •