29.03.2024

Daha bir veteranımız Haqqa yürüdü

Kədərli bir xəbər aldıq. Veteran qardaşımız Əlibala Allahqulu oğlu Qurbanov Haqqa yürüdü.

Bu barədə məlumatı AVMVİB sədrinin I müavini Kamil Şirinov verib.

Əlibala Qurbanov 1971-ci ildə Füzulidə doğulmuşdu. Abşeron rayonunda yaşayırdı. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Ə. Qurbanovun qəlbi yurdun azadlığı üçün çırpınardı və bu gün Qarabağın azadlığını görmədən qəlbi dayandı. Döyüş dostlarına vida etdi.

Məkanı cənnət olsun!

AVMVİB Rəhbərliyi və Abşeron rayon şöbəsi Rəhbərliyi Əlibala Qurbanovun vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına, döyüş yoldaşlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: