BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜ

AVMVİB sədri Füzuli Rzaquliyev Ordu Günü münasibətiylə xalqımızı təbrik etdi.

AVMVİB sədri Füzuli Rzaquliyev: «Bizə maska deyil, kaska lazımdır ...

Vətən sərhəddən başlayır. Sərhəd isə əsgərdən.Deməli Vətən Ordu deməkdir.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə — Əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına hüquqi əsas verdi.

Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət — orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Silahlı Qüvvələr günü elan edilmişdir və hər il Azərbaycan xalqı bu günü bayram edir.

BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜ

İkinci Respublikanın ordu quruculuğunda yaxından iştirak etmiş zabitlərimizdən olan Füzuli Rzaquliyev bu gün 67 minlik veteranlar ordusunun lideridir. Bu tarixi günlər barədə onun fikirlərini sorduq.

AVMVİB sədri Füzuli Rzaquliyev bizimlə söhbət zamanı dedi: «Vətənin dar gününün sahibi ordudur. Biz, əsrin ötən sonlarına doğru ordu quruculuğunda ləngiməsəydik və orduya dəxli olmayan şəxsləri ortaya çıxmağa qoymasaydıq, bu gün itkilərimiz daha az olardı. Bütün bunlara rəğmən, biz yoxdan var olan bir orduyla 5 imperiya ilə savaşdıq. Bütün daxili və xarici şərtlər əleyhimizə olduğu bir zamanda düşmənin Kürədək planlaşdırılmış mənfur planını pozmağı bacardıq. Mənfur Rusiya imperiyasının Kazimirov və Qraçovun redəktəsiylə hazırlanmış və Azərbaycanın tam məhvinə hesablanmış «İNOBİS planı»nı qəhrəman Azərbaycan əsgəri poza bildi. Bu yolda şəhid olmuş qardaşlarımıza Tanrıdan rəhmət diləyir, hər bir döyüşçünü, ordumuzun əsgər və zabit heyətini təbrik edirəm. Ordu qurmağı bacarmış Azərbaycan xalqını təbrik edirəm.

TƏBRİK: FÜZULİ RZAQULİYEV - 57 » Fedai.az

Ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Məlumdur ki, müasir dövrümüzdə orduya qayğı xüsusilə artır və ildən-ilə diqqət gücləndirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, zabitlərin mənzil şəraiti yaxşılaşdırılır, rütbəyə görə müavinətlər hər il artırılır. Azərbaycan zabitləri yüksək təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilir.

Ali Baş Komandan İlham Əliyev regionlara səfərləri zamanı, hərbi hissələrə baş çəkir, əsgərlərin həyat tərzi ilə, mütəmadi olaraq, maraqlanır. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin açılışında deyib: «Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq».

Qeyd edək ki, Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Biz veteranlar ordumuzun bu tərəqqisindən daim qürur duyuruq.

Azərbaycan Ordusunun bir özəlliyi ondadır ki, həm 102 il öncə, həm də 1991-ci ildə ordu birliklərimiz od-alovun içində, mənfur düşmənə qarşı mübarizə apararaq yarandı. Bu gün ordumuzun Qafqazın ən güclü ordusu olmasının qürurunu yaşayır və hər bir müharibə veteranı qüdrətli ordumuzun qəhrəman döyüşçülərinin zəfər müjdələrini gözləməkdəyik. Bu zəfərə təşnə olan bir xalq var və bu zəfəri təmin etmək ordumuzun əsas vəzifəsidir. Mənfur düşmən son əsgərinədək o torpaqlardan qovulacaqdır. Bu bizim inancımızdır.

TƏBRİK: FÜZULİ RZAQULİYEV - 57 » Fedai.az

Bir daha başda Ali Baş Komandan İlham Əliyev olmaqla, əsgər və zabitlərimizi, xalqımızı, xüsusən də müharibə veteranları və şəhid ailələrini, Azərbaycan xalqını təbrik edir və onlara Xankəndində keçiriləcək Qələbə paradının seyrçiləri olacaqları bir gün arzulayıram.

Allah Ordumuza Qarabağ zəfərini tezliklə qismət eləsin və bizlər fəxrlə deyə bilək: «Ən böyük Ordu, bizim Ordu!»

Elnur Səlim

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    2
    Shares