COVİD-19-a yoluxmağa meyillilik hansı qan qrupundan asılı imiş

Məlumdur ki, COVİD-19 infeksiyası insanlar arasında yayılma nisbətinə görə cinsindən, yaşından və xroniki xəstəliklərdən asılıdır: kişilər qadınlara, hipertoniyaya və diabetə nisbətən daha çox meyllidir və ağırlaşmalara gətirib çıxarır, balaca uşaqlar üçün isə koronavirus demək olar ki, təhlükəli deyil. Tədqiqatçılar infeksiyanın şiddətinə təsir edən faktorları axtarmaqda davam edirlər. Belə faktorları tapmağın yollarından biri də xəstəliyin klinik mənzərəsini xəstənin genetik portreti ilə müqayisə etməkdir.

Veteran.az xəbər verir ki, bu işi «MedRxiv» tibb jurnalının son məqaləsində araşdırmalarının nəticələrini təsvir edən müəlliflərin böyük bir qrupu edib. Onlar İtaliya və İspaniyadan COVİD-19 infeskiyasına yoluxmuş 1600-dən çox xəstəni 2200-dən çox sağlam insanın genomu ilə müqayisə ediblər, bu zaman onlar arasında xəstəliyin daha ağır formada keçirən şəxslər də var idi.

Belə ki, onlar ağ ciyərlərin süni ventilyasiyası tələb olunurdu. Nəticədə DNT-də infeksiyanın inkişafı ilə bağlı iki zona aşkar edilmişdir. Birinci səbəb qan qrupunu təyin edən genləri özündə birləşdirir. Məlum oldu ki, A (II) qrupu olan xəstələrdə COVİD-19 zamanı fəsadların baş verməsi ehtimalı digər qan qrupları olan xəstələrə nisbətən 1,5 dəfə yüksəkdir. 0 (I) qrupu olan xəstələr ümumiyyətlə koronavirus infeksiyası ilə xəstəxanaya digərlərindən daha az müraciət etmişlər.

COVİD-19 şiddəti ilə bağlı genomun digər, yəni ikinci səbəbi üçüncü xromosomda yerləşən ACE2 membran reseptor ilə qarşılıqlı olan protein genini və immun siqnal zülallarına gen reseptorlarıdır. Virus ACE2 reseptrounu hüceyrəyə nüfuz etmək üçün istifadə edir ki, anqiotezinprevratinq adlanan ferment və immun zülallar reseptor anti-virus reaksiyasına girərək T-hüceyrələrin inkişafında mühüm rol oynayır. Bu genlərin bəzi variantları 1,77 dəfə artaraq, COVİD-19 diaqnozunda tənəffüs komplikasiyaları ehtimalını artıra bilər. Virusun inkişafı həm ACE2, həm də immun hüceyrələrin işindən birbaşa asılıdır. Bu genlərin infeksiyaya müəyyən şəkildə təsir etməsi lazım olduğunu başa düşmək gələcəkdə müalicənin effektivliyini artıracaq və plazma ilə müalicə üsulunda yeni yanaşmaları öyrənməkdə kömək olacaqdır.

Nurlan Məmmədli

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •