Hacı Molla Şükür Məhhərrəmzadə: “Difai”nin axund üzvü

“Difai”nin mübarizə meyarlarında əsas diqqəti cəlb edən müddəalardan biri də bu təşkilatın Azərbaycan xalqının mənəvi birliyinə nail olmaq istəyi idi. Xalq öz aydınlarının ətrafında birləşmişdi. Birləşdiricilərdən biri də Hacı Mоlla Şükür Məhərrəmzadə idi.

Hacı Molla Şükür Qarabağda, Şuşada məşhur olan məhərrəmzadələr soyuna bağlıdır. Bu sоyun ulu babası Məhərrəmdir. Məhərrəm Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında охumuşdu.

Məhərrəmin Şükür, Həsən adlı оğlanları vardı.

Şükür Məhərrəm oğlu 1833-cü ildə Şuşa şəhərində dоğulmuşdu. İbtidai təhsilini mоlla yanında almış, sоnra mədrəsədə охumuşdu. Bəzi tədqiqatçılar onu indiki Laçın rayonunun Ağanus, bəziləri isə Alxaslı hesab edirlər. Bizim qarşımıza belə bir sənəd çıxmayıb. Sultan Laçın yazır: “Əslixan Hüseynoğlunun kitabında oxuyuruq: «Bağırbəylinin (Qarabağda tanınmış tayfalardandır — S.L) dünyanın hər üzünü görmüş kişilərindən biri olan Əbdüləli bəyin (Xələfovun-Ə.Ç.) nə vaxt Şuşaya yolu düşsə, gedib Hacı Axundla görüşər, onun evində gecələyərmiş. O, sonralar, hələ sovet hökumətinin dünyaya meydan oxuduğu 60-65-ci illərdə uzun zamandan bəri ürəyində bir sirr kimi saxladığını təklikdə nəvəsi Ağayar müəllimə açıb danışarmış: «Bala, Hajı əmi deyirdi ki, bu təzə hökumətin 70 il ömrü var, sən buna o qədər də bel bağlama…». (Sultan Laçın, Həftə içi.- 2013.- 12-14 oktyabr.- S.8.)

Mоlla Şükür müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi.

Tarix elmləri doktoru, etnoqraf alim Solmaz Məhərrəmova yazır: “Axund Hacı Molla Şükür dövrünün məşhur ziyalılarından biri olmuşdur. O, Hacı Zeynalabdin Tağıyevin böyük hörmət bəslədiyi Hacı Ələsgərlə yaxın dost olmuş, hər ikisi Xorasanda ali ruhani təhsil almışlar. Axund Hacı molla Şükür ədəbiyyat, riyaziyyat, fəlsəfə elimlərinə yiyələnmiş, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. Elimli olduğuna görə xalq arasında onu «MOLLA» adlandırırdılar. Axund Hacı Molla Şükür Qarabağda, eləcə də Gəncəbasarda böyük hörmətə malik olmuş,müqəddəs bir şəxsiyyət kimi tanınmışdır. Axund Hacı Molla Şükür ilə general Əliağa Şıxlinski və Qarabağın General qubernatoru- Xosrov bəy Sultanovun möhkəm dostluq əlaqələri olmuşdur”. (http://zengezur.com/index.php/4-xbrlr/xbrlr/178-nuru-pa-a-il-kdirdiyi-kl-g-r-g-ll-l-n-n-la-nl-m-seyyib-b-y)

Hacı Mоlla Şükür Məhərrəmzadə Şuşa şəhərinin qazısı olmuşdu.

Hacı Mоlla Şükür Məhərrəmzadə 1905-1906-cı illərdə еrmənilərə qarşı müdafiə оlunan bir dəstə şuşalıların başçısı idi. Gövhər ağanın еvinin yanındakı səngərin rəhbərliyi оnun əlində idi. O, neçə-neçə həyat qurtarmışdı. Mir Möhsün Nəvvab bu barədə yazır: «Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir

İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.24).

AMEA-nın həqiqi üzvü, ədəbiyyatşünas Rafael Hüseynov yazır: “Vəziyyətin gün-gündən kəskinləşdiyini görən Rəhim Kərbəlayi Hüseyn oğlu qərara alır ki, getsin Şuşanın axundu Hacı Molla Şükürlə görüşə.

Axund söyləyir ki, ermənilər Əsgəran qalasını tutub. Yolu kəsərək Şuşaya Ağdam tərəfdən ərzaq buraxmırlar. Nəyin bahasına olur-olsun Əsgəran qalasını geri almaq lazımdır.

Burda da təzə nə xəbər oldu, sizə çatdıracağam.

Axunda: “Arxayın ola bilərsiniz ki, Əsgəran qalaslnı hökmən alacağıq”, – cavbını verən Rəhim doğrudan da 3-4 gün ərzində Əsgəran qalasını düşməndən təmizləyir, döyüşçülərindən bir dəstə orada daimi müdafiədə dayanır və yüzlərlə araba başlayır Şuşaya ərzaq daşımağa.

Tək Qarabağdan deyil, digər yerlərdən – Bakıdan, Təbrizdən, Dərbənddən, Aşqabaddan, Daşkənddən də varlı Azərbaycan bəyləri Şuşaya həm ərzaq, həm silah göndərirlər.

Şuşanı ermənidən qorumaq üçün aralarında bir neçə ay fasilə olmsqla 2 qanlı dava gedir.

Hər iki döyüşdə azərbaycanlılar, xüsusən Şükür böyük şücaətlər göstərir, Rəhimsə həlak olur.

Az keçmir ki, Rəhimin qardaşı da Tuğda ermənilər tərəfində öldürülür.

Azərbaycanlıların sərt müqaviməti ilə qarşılaşan və məğlubiyyətə uğrayaraq çoxlu itki verən ermənilər barışıq üçün müraciət edirlər.

Bunlar hamısı 1905-ci ildə baş verirdi.

(http://rafaelhuseynov.com/az/content/44)

Hacı Mоlla Şükür müəllim idi. Gövhərağa məscidindəki mədrəsədə uşaqlara dərs deyirdi.

Hacı Mоlla Şükür Məhərrəmzadə 1890-cı ildə “Risaleyi-hüruf və hüquq” adlı kitab yazmışdı. Bu kitab o dövrün məktəb və mədrəsələrində Azərbaycan dili, hesab və başqa fənlərin tədrisi üzrə qiymətli dərslik hesab olunurdu. Dərsliyin müsbət xüsusiyyətləri orada müəllimlər üçün metodiki göstərişlərin olması, dilinin sadəliyi və asanlığı ilə əlaqədar idi. (Azərbaycan tarixi, II cild, Bakı, 1964, səh.351.)

Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün «Geriyə bax, qoca!..» adlı romanında yazır: «…Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış… Bir dəfə Şuşada dövlətli bir adamın evini yarmış, başqa şeylərlə bərabər zənən pal-paltarı da aparmışdılar. Amma şeyləri oğurlanmış adam arvadının pal-paltarının aparılması barədə heç kəsə heç nə deməyibmiş. Oğrunu tapmaq üçün nə qədər pul vəd eləsə də, bir nəticə olmur… Hadisədən xeyli keçmiş bir gün Şuşa camaatı Hacı Molla Şükürün ziyarətinə

gəlibmiş. Hacı böyük zala toplaşmış şuşalıların arasında bir nəfərə üz tutaraq uca, zəhmli səslə deyir: «Çıx bayıra, məlun! Filankəsin evini yaran, şeylərini, qadın paltarını aparan sənsən! Murdarlama mənim evimi!». Oradakıların hamısı yerində quruyub qalır. Həmin şəxs Hacının ayaqlarına döşənib ağlayır. Tövbə edərək o gündən oğurluqdan əl çəkəcəyi barədə Qurana and içir. Sonra da apardığı şeylərin hamısını sahibinə qaytarır»… (http://www.anl.az/down/meqale/hafta_ichi/2013/oktyabr/330712.htm)

Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan birinci əri Xasay xan Usmiyevdən ayrıldıqdan sonra Qarabağla yanaşı, Gəncəbasarın, Şirvanın əsilzadələri, hətta İran şahzadəsi Bəhmən Mirzə də xan nəsli ilə qohum olmaq məqsədilə ona elçi düşərək, hər vasitəyə əl atırdılar. Bu təzyiqlərdən yaxa qurtarmaq üçün Natəvan sadə, yoxsul bir adama — papaqçı Seyid Hüseynə ərə getmək qərarına gəlir. Ancaq Xan Qızının pərəstişkarlarından qorxan din xadimlərindən heç biri onun kəbinini kəsməyə hünər etmir. Bu işə yalnız Hacı Molla Şükürün cəsarəti çatır… (Sultan Laçın, Həftə içi.- 2013.- 12-14 oktyabr.- S.8.)

İlyas Əfəndiyev yazır: «Şuşa qalasının cənub tərəfində Cıdır düzünə açılan böyük dəmir darvazanın ardında gur qollu-budaqlı uca bir qoz ağacı vardı. Bu qoz ağacından o tərəfə Hacı Axund Molla Şükürün geniş bağı başlayırdı. Bu bağda dünyanın ən gözəl qızılgülləri, sənubərləri, Xan qızı Natəvanın tərənnüm etdiyi qərənfillər, uca alma, armud, gilas ağacları bitmişdi… Bu ağacların hər birinin çiçəkləri də meyvələrinə görə bir cür ətir saçır, bir cür rəngə çalırdı… Bahar vaxtı bağa girəndə bu çiçəklər ətrinin simfoniyası adamı bihuş edirdi. Bağ sanki yer üzündə yaradılan cənnətə dönürdü. Lakin bu cənnəti Allahlıq iddiasında olan və yer üzündə özü cənnət yaratmaq istəyən Misir fironunun əmri ilə qullar yaratmamışdı. Yer üzündəki bu cənnət bağını Şuşa qalasındakı «Təzə pir» məscidinin baş ruhanisi Hacı Axund Molla Şükür öz əli ilə əkib becərmişdi.

Bağın ortasında altı-yeddi otaqdan ibarət kürsülü bir ev, evin yanında mətbəx, mətbəxin yanında qədim təndirxana vardı. Hacı Axund Molla Şükür bunların hamısını öz səliqəsi ilə tikdirmişdi. Böyük zal onun kitabxanası və qəbul otağı idi. Ağır-ağır cildlərdə ərəb, fars, türk dillərində kitablar divarlar boyu üst-üstə yığılmışdı. Yerə xalı, gəbə döşənmişdi. Üç pəncərə bağçaya baxırdı»… (http://ilyasafandiyev.musigi-dunya.az/gotovie_knigi/hetireler/haci_axund/files/publication.pdf)

Yazıçı İlyas Əfəndiyev «Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?» hekayəsində onun oğlu Mirzə Məhəmmədin uşaqlıqda Hacı Molla Şükürün bağında birlikdə oynadıqları qızı Səriyyənin sonrakı acınacaqlı taleyini də yanıqlı notlarla təsvir edir (Hacının həyat yoldaşı Bəyaz xanım məşhur yazıçımızın anasının xalası imiş)… Ancaq bütün zülmlərə baxmayaraq, bu köhnə kişinin nəsli bu günədək duruş gətirərək, milli dəyərlərimizin mühafizi kimi yaşayır…

Yazıçı daha sonra yazır: “Anamın on beş yaşına qədər həyatı Hacı Axund Molla Şükürün bu malikanəsində keçmişdi. Anamın atası Bayram bəy Şuşada rus

dilində gimnaziyanı bitirəndən sonra, naçalnik idarəsində vəzifəyə düzəldib orada qalmışdı. Orada da Hacı Axund Molla Şükürün baldızı, mənim anamın anası Fatma nənəmlə evlənmişdi. Fatma nənəmgil Kürdüstan mahalından idi. Bir tərəfləri baltagirməz Kürdüstan meşələrində yerləşən Alyanlı obalarından, bir tərəfi də Qubadlı rayonunun Həkərli kəndindən idi”. (Yenə orda)

İlyas Əfəndiyevin təsvir etdiyi Hacı Molla Şükürün evi sovet dövründə Kənd Təsərrüfatı Texnikumunun yataqxanasına çevrilmiş və onun cənnət bağından əsər-əlamət qalmamışdı…

Hacı Molla Şükür Məhərrəmzadənin nəvəsi, deputat, jurnalist Flora Qasımova müsahibəsində deyir: “Mənim ulu babam –Hacı Molla Şükür Axundzadə XX əsrin əvvəllərində Qarabağın axundu olub. Onun Şuşada- Cıdır düzündə evi və böyük bağı vardı. Dünyasını dəyişəndən sonra elə orada dəfn olunmağı vəsiyyət etmişdi. Hazırda ermənilər babamın məzarını da, evini də darmadağın ediblər. Biz bunları necə unudaq? Necə bağışlayaq ermənilərə bu vəhşiliyi, bu vandalizmi?..

– Bildiyimizə görə, ermənilərə əsrlər boyu havadarlıq etmiş Kreml sovet dövründə sizin babalarınızı, digər doğmalarınızı, qohumlarınızı da repressiyalara məruz qoyub…

-Bəli, Moskva elə sovet dövründən əsil-nəcabətli nəsilləri birbaşa və dolaysıyla soyqırıma məruz qoyub. Babam, Hacı Molla Şükürün oğlu Mirzə Məhəmməd o dövrdə müsavatçı olub, qəza rəisi vəzifəsini daşıyıb. Sonra sovet hökuməti, babamı da, iki xalamın ərlərini də sürgün edib. 1950-ci illərdə belə bir qərar çıxmışdı ki, repressiya qurbanlarına bəraət verilsin və mülkləri özlərinə qaytarılsın. Anam o zaman çox cavan olub. Odur ki, böyük xalam vaxtilə babalarımın dövründə bizə aid olmuş mülklərin, zinət əşyalarını siyahısını çıxardıb. Qızıl əşyaların pulunu da geri alıb. Sonra isə Şuşadakı mülkümüzlə bağlı məhkəmə iddiası qaldırıb. Lakin məhkəmə bitməmiş qohumlardan biri təkid edib ki, o mülkü geri aldıqdan sonra orada restoran tikməliyəm. Anam və iki xalam qəti etiraz ediblər ki, o boyda din xadimi, Qarabağın axundu olmuş, övliya timsallı babamız Hacı Molla Şükürün evinin yerində restoran tikmək olmaz, orada gecə-gündüz araq, çaxır içiləcək və o müqəddəs mülk, torpaq murdarlanacaq. Beləcə babamın mülkü hökumətin fondunda qalıb və Hacı Molla Şükürün evi olan binanı Şuşa kənd təsərrüfatı texnikumuna çevriblər. İndi həmin vaxtdan 50 ildən çox vaxt ötür. Düşünürəm ki, o vaxtlar rəhmətlik anam və xalalarım nə biləydilər ki, babamın mülkünə daha murdar ayaqlar- erməni ayaqları dəyəcək, onun məzarı da dağıdılacaq”…(http://karabakh.tv/dilqəmlə-sahbaz-yatan-zindanda-sarkisyan-kocəryan-əzab-cəkməlidir-flora-qasimova/)

Hacı Mоlla Şükür Yasəmən Rəhim qızı və Bəyaz xanımla ailə qurmuşdu. Nəsir, Əbuturab, Məhəmməd, Əhməd, Əsədulla adlı оğlanları vardı.

Şapşal kimliyinin bilinməyən tərəfi

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share