29.03.2024

Mübariz Mənsimovun məhkəməyə çıxacağı tarix bəlli oldu

Hazırda həbsdə olan “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib. 

Veteran.az xəbər verir ki, məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edilib.

Məhkəmənin ictimaiyyət və mətbuat üçün açıq olub-olmaması ilə bağlı qərarı məhkəmə verəcək.

Xatırladaq ki, azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.  (Qafqazinfo)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: