Türkiyə NATO iş qrupunun dövri sədrliyini qəbul edib

Türkiyə NATO-nun aktual texnologiya ehtiyaclarının təyin olunmasını təmin edən, alt iş qruplarının da iştirak etdiyi NATO Sənaye Məsləhətləşmə Qrupunun (NİAG) dövri sədrliyini qəbul edib.

Veteran.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, HAVELSAN Təyinatı İdarəetmə və Müdafiə Texnologiyaları Qurumunun baş direktor müavini, Sistem Mühəndisliyi Qrup rəhbəri Sərdar Üzümcü 1 il müddətinə NATO-nun bu qrupunun sədri vəzifəsini yerinə yetirəcək.

NİAG SG249 İş Qrupunun dövri sədri S.Üzümçü sözügedən mövzu ilə bağlı deyib:

“Türkiyə və HAVELSAN-ın NATO-ya töhfə verəcəyinə inanırıq. Yeni texnologiya sahələrinin ortaya çıxması və gələcək texnologiyaların şəkilləndirilməsində Türkiyənin NİAG bünyəsində boynuna götürdüyü sədrlik rolu çox əhəmiyyətlidir”.

Qeyd edək ki, NATO üzvü olan hər ölkənin müdafiə sənayesi firmaları birliyindən bir nümayəndənin iştirak etdiyi və Milli Silahlanma üzrə Direktorlar Konfransı (CNAD) bünyəsində yaradılan ali məsləhətləşmə orqanı — NİAG 1968-ci ildən fəaliyyət göstərir. Bu iş qrupu əsasən NATO çərçivəsində təyinatı idarə və müdafiəetmə əməkdaşlıq fəaliyyətlərinin sənaye sahəsini təmsil edir.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •