TƏBRİK: Zakif Abbasov — 48

AVMVİB Zəngilan rayon şöbəsinin sədrinin müavini 2 qrup Qarabağ qazisi Abbasov Zakif Abbas oğlu 9 iyun 1972-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olmuub.


1979-ci ildə Məmmədbəyli kəndində 1 nömrəli orta məktəbə gedib. 1989-cu ildə 10-cu sinifi qutarıb.

На изображении может находиться: 4 человека, на улице

Abbasov Zakifin döyüş yolu barədə deyir:

— Döyuş yolum 1990 cı ildən Daxili qoşunların tərkibində olmuşam. Ağdərə rayonunun alınmasında yaxından iştirak etmişəm, sonra Ağdamın Papravənd kəndi uğrunda gedən döyüşlərdə sol qolumdan yaralandım. Hospitalda müalicə aldıqdan sonra ,1992- ci ilin aprel ayında bizi Daxili Qoşunların tərkibində Zəngilan rayonunun Qazançı kəndinə göndərdilər. May ayının 20 -si Qazançı kəndi uğrunda gedən döyüşlərdə 2 ci dəfə kürək nahiyəsindən qəlpə yarası aldım. Zəngilan rayon Mərkəzi xəstəxanasında müalicə aldıqdan sonra Daxili qoşunlardan təxris olundum və məni göndərişlə Zəngilan rayon Polis şöbəsinə göndərdilər. Xidmətimi Polis nəfəri kimi davam etdirdim.

На изображении может находиться: 6 человек, люди стоят и на улице

Zəngilan rayonunun müdafiəsində yaxından iştirak eləmişəm və 1993- cü il 9 apreldə Kilsə əməliyyatında Sav, Hənd, Kilsə və Şıxhavız kəndlərinin alınmasında yaxından iştirak elədim və o qızğın döyüşdə hər iki ayağımdan güllə yarası aldım və məni döyüş mövqeyindən iş yoldaşım Süleyman Rəhimov qəhrəmanlıq göstərərək, çıxartdı və məni Zəngilan rayon xəstəxanasına çatdırdı. Vəziyyətim ağır olduğundan məni Bakı şəhərinə DİN hospitalına yerləşdirdilər. Sağaldıqdan sonra Zəngilan rayon polis şöbəsinə işimə qayıtdım. Son döyüşüm 25 Oktyabr 1993 cü ildə ermənilərin Cəbrayıl rayonunun Dərzili kəndindən Zəngilana hücumunun qarşısını alarkən erməni tankını atdığı mərmi yanımıza düşdü və mən bədənimin müxtəlif yerindən qəlpə yarası aldım. Mənimlə bərabər həmən döyüşdə 4 nəfər polis əməkdaşı yaralandı və 7 nəfər polis əməkdaşı Şəhid oldu. Bizi Mincivan qəsəbəsinə gətirdilər və Araz çayından adladaraq İran vasitəsilə Bakıya Hospitala göndərdilər. Sağaldıqdan sonra Füzuli rayonunun Babı kəndində yerləşən Zəngilan polis şöbəsinə işimə qayıtdım. Bir müdət sonra səhətimlə əlaqədar məni xidmətimi davam etmək üçün Bakı şəhər Sabunçu rayon polis şöbəsinə göndərdilər. Bir müddət işlədikdən sonra aldığım ağir kontuziya baş qaldırdı və məni təqaüdə göndərdilər. Xidmət etdiyim müdət ərzində 4 dəfə ağır yaralandım və hal hazırda 2-ci qrup Qarabağ müharibəsi əliliyəm…

На изображении может находиться: 1 человек, стоит, обувь и костюм

Zakif qardaşımızı ad günü münasibətilə AVMVİB İdarə heyəti adından və AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri adından təbrik edir, işlərində uğurlar arzulayırıq. İnşallah növbəti ad gününü həsrətini çəkdiyi Zəngilanımızda qeyd edirik.

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri 

P.S. AVMVİB Rəhbərliyi və Veteran.az saytı təbriklərə qoşulur. Uzun ömür, can sağlığı və Zəngilanlı günlər arzulayır.

На изображении может находиться: 3 человека, люди стоят и на улице
На изображении может находиться: 9 человек
На изображении может находиться: 5 человек, люди стоят
На изображении может находиться: 8 человек, люди стоят
На изображении может находиться: 4 человека, на улице
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •