19.03.2024

ABŞ-dakı etirazçılardan erməni xaçına yeni «dizayn»

Xəbər verdiyimiz kimi, ABŞ-da polis əməkdaşının qaradərili şəxsi öldürməsi fonunda baş verən etirazlar davam edir. Vəziyyətin ciddiliyi ABŞ hökumətini etirazçılara qarşı ordu birlikləri yeritmək məcburiyyəti qarşısında qoyub.

Veteran.az  xəbər verir ki, ABŞ-ın Kolorado əyalətindəki etiraz aksiyaları zamanı coşğun kütlə fərqində olmadan türk dünyası və eləcə də bəşəri ədalət adına təqdiredici bir addıma imza atıb. Belə ki, etirazçılar qondarma “erməni soyqırımı” qurbanları adına ucaldılan xaçkar abidəsini boya ilə rəngləyib, onu gülünc formaya salıblar.

Ermənilərin heç vaxt olmayan qurbanların şərəfinə ucaltdığı və ətrafdakı insanlara ehtiram mənbəyi kimi təqdim etməyə çalışdıqları abidənin bir formada təhqir olunması əyalət ermənilərinin etirazına səbəb olub.

Baş verənlərlə bağlı açıqlama yayan əyalətin erməni birliyi abidəni təmizləyəcəklərini, gərəkirsə yeni bir xaçkar inşa edəcəklərini bildirib.

Məlumat üçün qeyd edək ki, ermənilər dünyanın müxtəlif ölkələrində insanları “soyqırım” yalanlarına inandırmaq, məzlum erməni obrazı yaratmaq üçün bu cür abidələrdən geniş şəkildə istifadə edirlər. (moderator.az)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: