20.04.2024

Qərbi Azərbaycan (İrəvan) Respublikasının sürgündə olan hökumətindən ermənilər rahatsızdırlar

PAŞİNYANIN SAHİBİ OLDUĞU «HAYKAKN JAMANAK» QƏZETİ ELN ETTİYİMİZ QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI HAQQINDA YAZI VERİB. TANIDIQ ERMƏNİ İFTİRALARI… ƏLBƏTTƏ ONLAR CAVABSIZ QALMAYACAQ…düşmənin nə düsündüyünü bilmək açısından onu tərcümə edib yaymağı düşündük…

Azərbaycanın yeni anti-erməni layihəsi: Mühacirətdə olan hökumətin təhlükələri

Mayın 10-da «Qərbi Azərbaycan (İrəvan) Respublikasının sürgündə olan hökumətinin” qurulmasi elan olundu. Bütöv Azərbaycan Ocaqlari (BOA) tərəfindən təşkil olunmuş video konfrans zamanı keçirilən müzakirələrdən sonra Türkiyənin Kayseri Universitetinin professoru, ermenişünas Qafar Çaxmaqlı “Qərbi Azərbaycan Respublikasi” təşəbbüs qrupunun sədri «seçildi».


Azərbaycanin dövri mətbuatina verdiyi müsahibələrində Çaxmaqlı «mühacirətdə olan hökumət» ideyasının çoxdan «həm Azərbaycanın, həm də Türkiyənin gündəmində» olduğunu söyləmişdir, və «sonda Qərbi Azərbaycan (İrəvan) mənşəli bir qrup tanınmış ziyalilar belə bir qətiyyətli addım atmaq qərarına gəldilər,» deyə o bildirmişdi. O, həmçinin «İrəvan Respublikası» nın gələcək planlarını da bölüşərək qeyd etmişdir ki, ilk öncə Milli Şuranin yaradılması nəzərdə tutulur, sonra isə parlament seçkiləri keçiriləcək və ardinca hökumət qurtulacaqdır.


Hökuməti quracaq Milli Məclis üzvlərinin kimlər tərəfindən seçiləcəyi ilə bağlı hələlik konkret bir fikir söylənilmir. Buna rəğmən Çaxmaqlı qeyd edir ki, «İrəvan Respublikası» nın məqsədi «tarixi torpaqları geri qaytarmaqdır». «Tarixi torpaqlar» deyincə isə, Yerevan, Syunik, Sevan, Gümrü və Ermənistan Respublikasının digər əraziləri nəzərdə tutulur.


Ən pis halda, bütün bu deyilənlər gülünc səslənə bilərdi, əgər Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyevin simasında yuxarıda deyilənlərlə eynilik təşkil edən düşüncələri açıq şəkildə ifadə etməsəydi… Böyük Vətən Müharibəsindəki qələbə ilə əlaqədar rus mətbuatına verdiyi müsahibədə İlham Əliyev demişdir ki, «1820-ci illərdə İran və Türkiyədən yüz minlərlə erməni tarixi Azərbaycan ərazilərinə köçürülmüşdür», halbuki buna qədər indiki Ermənistanin bir çox ərazilərində «Azərbaycan dövlətçiliyi» mövcud olmuşdur.


Rəsmi Bakının bu kimi ritorikası bunu deməyə əsas verir ki, bu növbəti anti-erməni layihə gələcəkdə həm Azərbaycanın, həmçinin mümkündür ki, həm də Türkiyənin böyük maddi və mənəvi dəstəyini alacaqdir. Çünki bu layihədə Ermənistan-Azərbaycan münaqişəsindən bəlkə də daha əhəmiyyətli bir məsələnin — regional əhəmiyyətli bir məsələnin həll edilməsi nəzərdə tutulur.
Yeni yaradılan «sürgün respublikasının» əsas məqsədi yalnız Ermənistan əraziləri ilə məhdudlaşmır. Qərbi Azərbaycan (Azarbaycan) İranın şimal-şərqində, İran Azərbaycanında yerləsən bir vilayətdir. Siyasi layihə olaraq, bu termin yeni deyil və Azərbaycanda 2000-ci illərin əvvəllərindən istifadə olunur. İrana qarşı “kozır” kimi ABŞ-dan dəstək almışdı. Başqa sözlə, perspektivli bir layihə olaraq «Qərbi Azərbaycan» dan İrana qarşı istifadə edilə bilər, sonra isə bu cəhd Azərbaycanın Ermənistana qarşı ərazi istəklərinin təmin edilməsinə yönəldilə bilər. Hər iki cəhdin pantürkizm ideologiyasında yer almasi belə bir fərziyyənin irəli sürülməsinə əsas verir.
Digər tərəfdən, İranın şimal ərazisini müstəqil etmək ssenarisini hazirlayarkən Türkiyə-Azərbaycan cütlüyü son dərəcə diqqətli olmalıdırlar ki, öz ərazilərində müstəqillik paradına yol verilməsin. Bundan əlavə, bu ssenari ilə hərəkət edilərsə, Bakı və Ankara nəzərə almalıdırlar ki, regional və bəlkə də qlobal oyunçular barrikadaların fərqli tərəflərində yer tuta bilərlər, bu da əvvəlcədən planlaşdırılan proqramın həyata keçirilməsinə əngəl ola bilər.


Sirf Ermənistana qarşi aparılan mübarizəyə gəlincə, «İrəvan Respublikası» nın məqsədi daha çox psixoloji xarakter daşiyir və aşağıda deyilən ibtidai düşüncə tərzinə əsaslanır. «Əgər biz Ermənistandan bütün ərazilərimizi tələb edəriksə, onlar da bizə öz torpaqlarimiz güzəştə gedə bilərlər.» «Öz torpaqlarimiz» dedikdə isə, qonşu ölkədə Artsaxı və çox güman ki, həm də Syuniki nəzərdə tuturlar. Əslində, bu Ermənistana qarşı hələlik dolaysı ilə ərazi iddiasıdır, lakin maliyyələşdirmə mənbələri açıqlandığı təqdirdə isə bu (Ermənistana qarsı) rəsmi səviyyədə ərazi təcavüzü kimi dəyərləndirilə bilər.


“Qərbi Azərbaycan” fenomeninin ehtiva edə biləcəyi ən cüzi təhlükə, sürgündə olan “Qərbi Ermənistan” hökuməti ilə müqayisə ola bilər. Lakin “Qərbi Azərbaycan”dan fərqli olaraq, “Qərbi Ermənistan”ın sürgündə olan təşkilatlarının tarixi vardır və təbii inkişaf yolu keçmişdir və bu müxtəlif ölkələrdə yaşayan ermənilərin gördüyü işin nəticəsidir. “Qərbi Azərbaycan”la bağli bu cür təbii inkişafın və tarixi bünövrənin olmaması onu bu müqayisədən məhrum edir, baxmayaraq ki, «tarixçilər» onları «yaratmaq» və “vasvası olmayan tədqiqatçılara” təqdim etmək üçün əllərindən gələni edəcəklər. “Qərbi Azərbaycan” ideyası, onunla bağli terminlərin və xəritələrin dövriyyəyə buraxılması, bu mövzu ətrafinda danışıqların və müzakirələrin aparılması, irəli sürülən arqumentlərdən asılı olmayaraq belə, öz-özlüyündə az təhlükəli deyil, çünki yuxarıda deyilən “vasvası olmayan tədqiqatçıları” həqiqət deyil, daha çox səs-küyün və təkrarlanmaların bol olmasi maraqlandırir.

На изображении может находиться: Qafar Chaxmaqli, стоит
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: