19.03.2024

AVMVİB Xocavənd şöbəsi növbəti tədbir keçirdi

AVMVİB rayon şöbələri hərbi -vətənpərvərlik tədbirlərini davam etdirirlər. AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Adil oğlu Məmmədovun verdiyi məlumata görə şöbə veteranları sədr Akif Həsənovun başçılığı iləşəhid tankçı İnşallah İbrahim oğlu Qarayevin xatirəsinə həsr olunmuş Xatirə bulağının açılışında iştirak ediblər.

AVMVİB Xocavənd rayon şöbəsinin sədr müavini M. Məmmədov bildirib ki, tədbirdə Milabad sakinləri, şəhidin ailə üzvləri, şəhid ailələri, AVMVİB Beyləqan rayon şöbəsinin sədri Fuad Zöhrabov, müharibə veteranları və Milabad bələdiyyəsinin sədri Nazim müəllim iştirak ediblər.

Xatırladaq ki, bu Xatirə kompleksi şəhid atasının vəsaiti hesabına onun adına verilmiş küçədə tikilib. Tədbir iştirakçıları bu kənddən olan 4 nəfər şəhidin də şəkilləri əks olunmuş Xatirə kompleksini ziyarət edərək gül qoyublar. AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov şəhidin keçdiyi döyüş yolundan danışaraq bu gün də şəhidlərimizi unutmadıqlarını dedi və AVMVİB-nin təsis etdiyi Xatirə medalını şəhid atası İbrahim Qarayevə təqdim etdi.

Sonra ehsan verildi. 
Allah şəhidlərimizə rəhmət eləsin. Biz Sizi unutmadıq!

Müəllif: Elnur SƏLİM

Xəbərə aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: