Ermənistan KİV-ləri və Xüsusi Xidmət orqanları, həmçinin içimizdəki erməni kolonunda bir hərəkətlilik hiss olunmaqdadır. Bütün güclərini ölkəmizdə destablizasiya yaratmağa, separatçılıq ocaqları qalamağa, ölkəni xaosa sürükləmək üçün ən xırda vasitələrdən istifadə etməyə çalışmaları göz önündədir. Düşmənin Qarabağdakı təhrikedici hərəkətlərə yol verməsi və Azərbaycan tərəfinin susqun dayanması əhali arasında narazılıqla qarşılanmaqdadır. Uzandıqca uzanan Qarabağ problemi, Kazimirovun «həlli olmayan problem» fikrini təsdiqləməkdədir. Bir çoxları, o cümlədən Qarabağ məsələsini öz şərəf məsələsi hesab edən döyüşçülər məsələyə münasibət bildirməmizi xahiş edirlər. Biz bu və digər məsələlərə münasibət bildirməsi məqsədiylə AVMVİB sədri Füzuli Rzaquliyevə müraciət etdik.

AVMVİB sədri F. Rzaquliyev sayta verdiyi açıqlamada dedi: «Birincisi, dəfələrlə demişəm, düşmən yaxşı bilir ki, son Qarabağ savaşçısı yaşadıqca onlar 5 imperiyanın sayəsində de-fakto yiyələndikləri əbədi və əzəli Azərbaycan torpaqları olan Qarabağa de-yure sahib durmaları mümkün olmayacaq. Azərbaycanda bunca şərəfsiz bir addımı atan adamın oması və olacağı dövrlər ötüb. Düşmənin əl-ayağa düşməsi, saxta «demokratiya tamaşası» oynayıb güya demokratik cəmiyyət qurmaları kimi absurd oyunları, yalnız Ruhani kimi bir mollakrata lazım ola bilər. Çünki bu dəyərlərə sahib ictimaiyyət erməni «fırıldaq demokratiyasını» bu dəfə tez deşifrə edib və gülüş hədəfinə çevirib. Yəni demokratın və ya faşistin separatçı, terrorçu, anneksiyaçı olmasının elə bir fərqi yoxdur. ATƏT-in Minsk Qrupunun və Avropa Birliyinin son bəyanatları Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü ardıcıl siyasətin bəhrələridir. Bunu şərh etməli və vətəndaşlarımıza izah edilməlidir. Prezident İlham Əliyevin Qarabağ məsələsində dəyişməz və stabil mövqeyə malik olması hər bir döyüşçünün ürəyincədir və erməni cəmiyyətinin tam əksinə olaraq inamla deyə bilərəm ki, veteranlar ordusu öz Komandanlarının əmrini gözləyən bir ordudur. Yaşımıza baxmayaraq biz bu döyüşün hər an olacağını və orada öndə olacağımızı arzulayırıq. Bunu dəfələrlə bəyan etmişik. Yəni güclü ordumuzun gücünə əlavə güc qatmağa, Ali Baş Komandana hər cür dəstək verməyə hazırıq. Təki Vətən yaşasın və Qarabağımız azad olsun. Prezidentin Qarabağla bağlı bu cür sərt mövqeyi düşməni daim qorxu altında saxlayır. Bu gün içimizdəki erməni təbliğatçı ruporları N. Paşinyanın siyasi çərçivəyə sığmayan boşboğazlıqlarını bayraq edib qəhrəmanlıq kimi təqdim etməyə çalışırıq. Xüsusən də Xankəndinə son gəlişini müzakirə edənlərin bilməsi vacib oan bir məqam var. Paşinyan burada “Mən Madrid prinsipləriylə razıyam, ancaq beynəlxalq qurumlar bu prinsipləri mənə konkret şəkildə izah etməlidirlər”. Bu ermənilərin əlavə vaxt qazanmaq hiyləsindən başqa bir şey deyil. Madrid prinsiplərinə əsasən Dağlıq Qarabağdan savayı bütün ətraf rayonlardan erməni qoşunları çıxmalıdır. Sonra sərhədlər açılmalı və referendum keçirilməlidir. Burdan belə başa düşülür ki, Paşinyan işğal edilmiş ətraf rayonların Azərbaycana qaytarılmasına razıdır. Bəs nə üçün o, bir müddət əvvəl sülhü torpağa dəyişməyəcəyik deyirdi? Deməli düşmən küncə sıxışdırıldığını yaxşı bilir və biz bu gün daha sıx birləşməliyik.

Düşmən və onun himayədarları yaxşı bilirlər ki, BMT-nin qəbul etdiyi sərhədlərə uyğun olaraq müəyyən edilmiş ərazilər Helsinki Konvensiyasına uyğun olaraq dəyişdirilməsi mümkün deyil. Düşmən və onun tərəfdarları yaxşı bilirlər ki, beynəlxalq qanunlar çərçivəsində Azərbaycan istədiyi vaxt öz ərazilərində «Antiterror əməliyyatı» keçirmək səlahiyyətinə malikdir və bu əməliyyat çərçivəsində istədiyi ölkədən yardım ala bilər. Hətta düşmən özü bu hüququmuzdan istifadə etmədiyimizə görə təəccüblənir. Amma Azərbaycan səbrlə erməni şıltaqlığına və həyasızlığına dözərək, Qafqazın yenidən xaosa düşməsinin qarşısını alması, bir daha Azərbaycanın regionun birinci gücü olmasını ortaya qoydu. Amma Azərbaycanın da səbrlərinin hüdudları var və işğala son qoymaq vaxtını artıq konkretləşdirməliyik.

Faktiki olaraq, düşmən «bir qarış torpaq qaytarmayacağını» bəyan edir və bizim ölkə rəhbərinin də qəti mövqeyi «bir qarış torpağın düşmənə verilməyəcəyidir». Deməli, düşmən savaş istəyirsə, onu da görəcək. Amma bir erməni politoloqu ermənilərin xaos dönəmlərində fəal olmalarını və uğur qazanmalarını qeyd eləyib. Bu həqiqətən də belədir. Bunu Birinci Qarabağ müharibəsində yaxşı gördük. Erməni əsillilər və erməni məxfi orqanlarına işləyən məlum qüvvələr hesabına torpaqlarımızın işğalına nail ola bildilər. Bu gün də o dövrün siyasi dəllalları «xortlamaqdadırlar». Hərdən bu adamların mübarizə taktikalarını erməni təbliğatları ilə tutuşduranda dəhşətə gəlirəm. Eyni üslub, eyni faktlar. Bir veteran kimi, döyüşçü kimi bir faktı da diqqətdə saxlamağımız vacibdir. Ölkədə siyasi sabitliyi birgə qorumalıyıq, əks halda düşmən dəyirmanına su tökmüş olacağıq. Məmurlardan narazılıqlar var. Xüsusən də erməni əsilli məmurların fəaliyyətləri ciddi nəzarətə götürülməlidir. İnsan haqqlarını bayraq edənlərin, Vətənə xəyanətə bərabər fəaliyyətləri kimi dəyərləndirməlidir. Anti xalq fəaliyyətdə olan qruplar hakimiyyət qollarına da, müxalifət qollarına da sızıb. Xüsusən son Ağadadaş Kərimovla bağlı yazdığınız həqiqətlər sübut edir ki, düşmən 24 saat yatmır və əleyhimizə iş aparmaqdadır. Biz niyə yatmalıyıq?

Dünən bir məluat oxudum Qaçıb Fransada yaşayan keçmiş prokuror Vidadi İsgəndərlinin səsləndirdiyi bu fikirə diqqət yetirin. İsgəndərli “Youtube” kanalında deyir ki, “ermənilər bizə nə edib ki… heç nə etməyiblər. Əgər bu gün Fransa müharibə eləsə, mən əlimə silah alıb Fransa ordusunda döyüşəcəm. Əgər İlham Əliyev Qarabağda müharibəni başlatsa, silahımı birinci elə İlham Əliyevə qarşı çevirəcəm”. Sonra da bu xislətdə olan birisi xalqı itaətsizliyə və xaosa çağırır. Məsələ bunca açıqdır. Bircə sual verin ki, bu Vidadi və onun kimi adamlar bu Vətən üçün nə ediblər? Boşluqla üzləşəcəksiniz.

Belələrinə arxayın olan ermənilərə üz tuturam. Rusiyanın hesabına tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq. Bax o zaman gəldi. Buna məcburuq və məhkumuq. Bu gün Apreldə dağılmış eyforiyanızın arxasından çıxın. Azərbaycan öz torpalarının bir qarışından da əl çəkmək niyyətində deyil. İllər ötsə də düşməni öz qanında boğmağa hazır olanların sayı hər gün artmaqdadır. Bu dəfəki döyüş sizin köpəklik etdiyiniz imperialistlərin kölgəsinə bənzəməyəcək və Ermnistanın sonu olacaq. Bunu o lobbilərinizin beyninə soxun. Bir daha qeyd etmək istəyirəm ki, bir keçmiş döyüşçü kimi erməniylə savaş dilində hesablaşmağın tərəfdarıyam və biz axıdılan hər damla günahsız qan üçün hesab sormalıyıq»…

Daha sonra AVMVİB sədri F. Rzaquliyevin son sosial islahatlarla və müavinətlərin artırılması ilə bağlı fikirlərini soruşduq. AVMVİB sədri dedi: «Biz bu addımı gözləyirdik və artıq 1 ildən artıq idi ki, müzakirələr aparır, müraciətlər edirdik. Sizin də əməyinizi bu sahədə yüksək qiymətləndirirəm. Ardıcıl mövqe tutdunuz. Bu yerində qəbul edilmiş qərardır və davam etdirilməsi vacibdir. Çünki veteranlarımız yaşa dolduqca, səngər həyatının fəsadları üzə çıxmaqdadır. Onların müalicəsi və istirahətləri üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Qarşıdan AVMVİB-nin 25 illiyi gəlir. Bunu qeyd etmək niyyətindəyik. İnanırıq ki, bu işdə hökumət də bizə yardımçı olacaq. Çünki ölkənin ən çox üzvü olan ictimai qurumu öz ətrafında 64 min veteranı birləşdirir. Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən münasibət Vətənə, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə sərmayə qoymaqdır. Bunu unutmaq olmaz!».

Müəllif: Azər BAYRAM

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •