Xəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi…

Taleh Xasməmmədov
Hüquq müdafiəçisi

2 ildən artıq müddətdir ki, Azərbaycan Ordusunda dövlətə xəyanətdə ittiham olunan “casus şəbəkə” ilə bağlı yazılar mətbuatda yer alır. Hətta onların bir qismi həqiqi mənada dövlətə xəyanət etmiş olsalar da, bəzi şəxslər bilərəkdən və ya bilməyərəkdən onların mənafeyindən çıxış edirlər. Amma unutmaq lazım deyil ki, bu hadisələrlə bağlı zərərçəkmiş insanlar da var. Onların da taleyi ilə maraqlanmaq, dərdlərinə şərik olmaq lazımdır. Erməni kəşfiyyatına təslim edilmiş və nəticədə zorlanaraq alçaldılmış əsgər və zabitlərimizin bu gün mediada özlərini müdafiə üçün çıxış etməmələri, o demək deyil ki, sözügüdən dövlətə xəyanət hadisələri baş verməyib. Həmin insanları anlamaq o qədər də çətin deyil. Onlar sadəcə daxili və xarici düşmənlərimiz sayəsində məhv olmuş həyatlarında yaralarını təzələmək istəmirlər. Bu dəfə mənimlə görüşüb növbəti həmsöhbət olan Əsgər Əsgərov (ad şərti verilir) bir çox təkidimdən sonra mənimlə görüşməyə razılıq verdi. Görüşümüz zamanı bir neçə dəfə onun ağlayaraq hönkürməsinə görə narahatçılıq keçirdim. Həmçinin onun uşaqlıqdan atasını itirməsi, yetim olmaqla kasıb həyat tərzi keçirməyi məni çox sarsıtdı. Amma tək faciə bu deyildi, əsl faciə onun orduda xidmət etdiyi dövürdə baş vermiş xəyanətlər idi…

…Əsgər Əsgərov bildirir ki, 2016-cı ilin yanvar ayından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Hərbi xidmət dövrünün ilk vaxtları yaxşı keçsə də həmin ilin oktyabr ayından ağır xəyanətlə üzləşib. O, fikirlərini belə qeyd etdi: “Mən 2016-cı ilin oktyabr ayında ilk dəfə baş leytenant Faiq Əhmədovla posta çıxarkən telefon əlaqəsində oturmuşdum. Ə. Faiq mənə dedi ki, bir yerdə gedək döyüş növbətçilərini və səngərləri yoxlayaq. Ona dedim ki, komandir silahımı götürüm, sonra gedək. Komandir dedi ki, silaha ehtiyac yoxur, silahsız gəl”. Təxminən gecə 01:00 radələrində səngərlə 50-100 metr getmişdik ki, səngərin içinə bir neçə nəfər tullandı. Həmin vaxt F. Əhmədov əlindəki sensor ekranlı «Samsung» telefonun işığını gözümə saldı, anidən özümü itirdim. “Komandir-komandir” deyən kimi məni tutub gözümü və əl-qolumu bağladılar. Daha sonra 3 nəfər erməni hərbiçisi məni otağa apararaq zorladılar, orada təxminən 10-15 dəqiqə qaldıqdan sonra Əhmədov Faiq məni qorxudaraq bildirdi ki, “bu haqda kiməsə məlumat versən, ailəni gözünün qabağına gətir, bilirsən ki, sənin ailənə nələr edə bilərik”. Bir müddət kin-küdurətdən, Faiqə olan nifətimdən onu öldürmək qərarına gəldim. Bir anda düşündüm ki, onu öldürsəm də, başıma gələnləri heç kimə sübut edə bilməyəcəyəm. Sonra fikrimdən daşındım. Bir müddət sonra o məni kazarmada qəbul edərkən təkrar olaraq eyni hədələri barəmdə edərək, ailə üzvlərimi öldürməklə hədələdi.

Təxminən bir neçə ay sonra başqa tağımda olan manqa komandiri Elxan Ağazadə zəruri ehtiyyatdan Turan İbrahimli adlı əsgərlə məni 3-cü mövqeyə apardı. Biz 13-cü mövqeyə gedərkən yenə baş leytenant Əhmədov Faiq orada post komandiri idi. Biz posta axşam saatında çatarkən Əhmədov Faiq çiynində silah bizi qəbul etdi. Biz həmin vaxt səngər təmizləmək üçün aparılırdıq. Biz səngərlə təxminən 100 metr hərəkət etdikdən sonra qarşımıza 2 nəfər silahlı şəxs çıxdı. Onlardan biri balacaboy sarışın idi. Onlar bizi vurub döymədən erməni postuna keçirdilər. Yenə ehtimal etdim ki, bu əməl komandir Əhmədov Faiqin quramasıdır. Bizi otağın içərisinə saldılar. Orada bizə otaqda yemək təklif etdilər. Biz yeməkdən imtina etsək də, Faiq Əhmədov və erməni tərəfdən olan 2 nəfər Turan və məni məcbur etdi ki, yemək yeyək. Biz orada konserv və düyü yeməkləri yedikdən sonra Faiq otaqdan çıxdı, 2 nəfər qara geyimli ermənilər gözümüzü, əl-qolumuzu bağlayaraq Turan və məni zorladılar. Həmin vaxt manqa komandiri kiçik çavuş Elxan Ağazadə də bizim yanımızda idi. Bir müddət sonra gözümüzü və əl-qolumuzu Elxan Ağazadə açaraq bizi bayıra çıxardı.

Bir-iki saatdan sonra biz xidmət etdiyimiz bölüyə qayıtdıq. Həmin vaxt bir tərəfdən Faiqə və Elxan Ağazadəyə qarşı nifrətdən ölürdüm, digər tərəfdən isə ailəmin ölümlə hədələnməsi məni ciddi narahat edirdi. Hətta bir neçə dəfə intihara cəhd etmək niyyətində oldum, amma bacarmadım…

Bu arada əsgər ağlamağa başlayır. Sonra o qeyd etdi ki, “mən ölənə qədər bu yükü daşıyacağam. 5-10 nəfər oğlan içində oturub kişilikdən danışanda, mən ölmək istəyirəm”. O yenidən ağlamağa başladı və bir siqaret yandırdı. Bildirdi ki, “bu yüklə yaşamaq mənə çox çətindir”. Onun durumu pisləşdi deyə bir neçə saat fasilə verdik…

На изображении может находиться: 1 человек, стоит

…Əsgər Əsgərov söhbətinə davam edərək bildirdi: “Təxminən 2016-cı ilin dekabr ayında axşam saatlarında mən bölüyün arxa tərəfində oturarkən manqa komandiri kiçik çavuş Mehman Hüseynov mənə yaxınlaşaraq dedi ki, “gedək DŞK mövqeyindən taxta-fanerka gətirək. Mən onunla həmin mövqeyə gedib çatarkən blindaja daxil olduq. Ora köhnə matras və digər köhnə əşyaların olduğu bir yer idi. Biz içəri daxil olduqda dərhal 2 nəfər mənim əl-qolumu bağladılar. Orada yenidən məni zorlamağa başladılar. Bir az sonra Mehman Hüseynov məni oradan götürərək bölüyə qaytardı. Mehmana dedim ki, “komandir məni niyə bu günə qoyursunuz?” O da mənə dedi ki, Əsgərov, təpindi ki, sakit ol, sənin bilmədiyin şeylər çoxdu, sən sakit ol”. Bundan əlavə o da məni ailəmlə qorxutmağa başladı və mən əvvəlki qaydada susmaqda davam etdim. Bölüyə qayıtdıqdan sonra bir neçə dəfə Mehmanla rastlaşdım, amma o haqda aramızda bu söhbətlər açılmadı. Mənə məlum oldu ki, Faiq Əhmədov, Mehman Hüseynov və Elxan Ağazadə bu işdə əlbirdirlər və cinayətin açılmasına ümidim kəsildi”.

Əsgərov qeyd etdi ki, “başıma gələn hadisələri bu günə qədər anamdan gizli saxlamışam, istəmirəm ki, bunları bilib narahatlıq keçirsin. Onun gözündə həmişə uca qalmaq istəyirəm. Bacardığım qədər də bu sirri qoruyacağam. Arzu edirəm ki, döyüş olsun, gedib düşməndən həm qisasımı alım, həm də şəhid olum. Mən heç bir ölən qardaşlarımızdan artıq deyiləm. Bundan əlavə Faiq Əhmədov kimi şərəfsiz birinə dövlət layiqli cəza təyin etməlidir. Mən məhkəmədə Faiqə dedm ki, mən atasız böyümüşəm, mənim kimi yetim birini niyə bu günə saldın? Əgər belə rəva bilirdinsə, öz ailəndə olan … insanları aparıb erməniyə verərdin. Məhkəmədə hakimdən ona ən ağır cəzanın təyin edilməsini xahiş etdim”.

Əsgər yaşadıqları kənddə qız istədiyini deyərək bir daha hönkürərək ağlamağa başladı və bildirdi ki, “özüm-özümdən utanıram, ona necə deyim ki, mən beləyəm və səninlə evlənmək istəyirəm”…

На изображении может находиться: обувь, ботинки и растение

Redaksiyadan: Öncə Tofiq Şahmuradova və hüquq müdafiəçisi Taleh Xasməmmədova öz minnətdarlığımızı bildiririk. Əhmədov kimi şərəfsizlərin qohum-əqrabası utanmadan prokrorluq işçilərinə, onların bu cinayətini açan şəxslərə qara yaxmağa çalışırlar. Xüsusən də özlərinə müxalif düşərgədən havadarlar taparaq ictimai rəyi azdırmağa çalışırlar. Vətən xainləri bağışlamamalıdır və müəllif haqlıdır ki, bu həqiqətləri işığa çıxarmalıyıq ki, sonra gələnlər təkrarlamasınlar. Cinayəti bilib susmaq da bir cinayətdir. Əgər bu cinayət Vətənə qarşı yönəlibsə, o artıq xəyanətdir. Xainlərin cəzasını layiqincə vermək vacibdir…/Təkrar-Fedai.az/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share