20.04.2024

TARİXİMİZLƏ MARAQLANANLARIN MENYÜSÜNƏ: Nizami Gəncəvi Qurdlar tayfasındandır…

Sevindirici haldır ki, çağdaş gənclərimiz köhnə nəsildən fərqli bir sistemlə tariximizi öyrənməyə can atırlar. Əlbət ki, heç bir dəstək və istiqamət olmadan bu yolun keçilməsi mümkün deyil. Amma bu toxumlar gec, ya tez cücərməlidir.


Gənclərimizin xahişiylə bu gün Qurdlar tayfasından söz açmaq istəyirəm. Bu tayfanın adıyla bağlı Qurd əfsanəsi Boz Qurd əfsanəsindən tam fərqlidir. Əfsanəyə görə tayfa birliyinin başçısının oğlu xəstə doğulur. Bir gün qonşu tayfaların hücumuna məruz qalan bu tayfa qılıncdan keçirilir. Xəstə uşağa isə toxunmurlar. Bu uşağı sahiblənən qurd onu sağaldır və qonşu tayfadan gətirdiyi bir qızla evləndirir. Beləliklə də Qurdlar tayfasının əsası qoyulur. Qurdlar tayfasının yunan mənbələrində Pelasq — Palasak (Balasak) tayfası sayılan Giperboree — Böyük Börü adlandırılan tayfadan qeyrisi deyildir. Heredot, Strabon, Diador, Plutarx və bir çox qədim müəlliflərin söz açdığı Giperboree ölkəsinin sakinləri-tayfanın nümayəndələri Tanrıyla yaxınlığı ilə seçilirdi. Hazırda bu tayfanın nümayəndələri hər bölgəmizdə yaşamaqdadırlar.

TARİXİMİZLƏ MARAQLANANLARIN MENYÜSÜNƏ: Nizami Gəncəvi Qurdlar tayfasındandır...

Qarabağda, Bakıda, Gəncədə, Şirvanda, Dərbənddə, İrəvanda, Naxçıvanda, Şəkidə, Təbrizdə, Marağada, Urmiyada, Anadolunun bir çox yerlərində Qurdlar adıyla bağlı kəndlər, məhlələr, coğrafi adlar, qapı adları qalmaqdadır. Qurdlar kəndi, Qurdlar məhəlləsi, Qurd qapısı, Qurd dərəsi, Qurd yalı (aşırımı) və s. adlar günümüzə gəlib çatıb. Yunan mənbələrinin dediyi kimi yunan dilini öyrənmiş iki müdrük Aristey (əslində Arestay) və Abaris giperboreeli, yəni Qurdlar tayfasından olan dahilərdən sayılır. Nizami Gəncəvi də Qurdlar tayfasından olduğunu dönə-dönə qeyd edib. Onun Şeyx titulu, məhz bu müqəddəs tayfaya aid olmasıyla bağlıdır. Bu tayfanın ən sonuncu tanınmış nümayəndələrindən biri də Əhməd bəy Ağaoğludur. O da Qurdlar tayfasındandır. Bizim beyinsizlərimiz «qurd» sözünü «kürd» kimi bizə sırımağa çalışırlar. Bu qafasızların boşboğazlığına inanmayın. Əski Giperboree deyilən bu söz «GİPER» böyük, bay kimi mənalarda, «BOREE» isə börü, qurd anlamında işlədilib.»Kitabi Dədə Qorqud»dakı Bay Börə adı da Qurd bəy deməkdir. Bu barədə geniş araşdırmamı başa çatdırdığıma görə tezisləri sizlərlə paylaşıram. Yetərli mənbələr dediklərimi təsdiq edir.


Böyük Nizami Gəncəvi öz nəsli barədə yazdığı bir sözü, “gər madəri mən Rəiseyi-qord, madər sifatənə piş-e-mən mord” bizə «qord» sözünü «kürd» kimi sırımaq istəyənlərə şair sonrakı bənddə özü cavab verərək yazır («Leyli və Məcnun»):

TÜRK OLUB DƏDƏMİN DƏDƏSİ BAŞDA,
QURD OLUB HƏRƏSİ AĞILDA, HUŞDA….

(Sətri tərcümə: Mənim dədələrimin hamısı türkdü. Gücdə isə hamısı qurddu).


Yəni N. Gəncəvi müqəddəs Qurdlar tayfasının nümayəndəsidir və şeirdə işlətdiyi qord, heç də farsca «güclü», «məğrur» deyil, elə işlətdiyi türkizmlərdən biridir. Ərəb mənbələrində bu tayfa ilə Dərbənd yaxınlığında qarşılaşmış bir ərəb sərkərdəsi başına gələnləri tam bir dəhşət içində nəql edib…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: