Şuşanın işğalı zamanı ABŞ Türkiyənin Azərbaycana kömək etməsinə necə mane olub?

Ermənilər Şuşanı işğal etdikdən sonra Türkiyə rəhbərliyi Ermənistana zərbə endirmək üçün Azərbaycanı dəstəkləmək məqsədilə hərbi əməliyyat keçirməyə hazır idi.

Axar.az xəbər verir ki, erməni politoloq Suren Sarkisyan bu barədə öz Facebook səhifəsində yazaraq qeyd edib ki, bu məlumat üzə çıxdıqdan sonra ABŞ prezidenti Corc Buş məsələyə müdaxilə etdi.

Onun sözlərinə görə, mayın 10-da, yəni Şuşanın işğalından 2 gün sonra, Buş Türkiyəni Ermənistana qarşı hərbi əməliyyatdan çəkinməyə çağırıb. Elə həmin gün onunla Türkiyənin baş naziri Süleyman Dəmirəl arasında 11 dəqiqəlik telefon danışığı zamanı Vaşinqton rəsmi Ankaraya ultimatum formasında təzyiq edib.

«Prezident Buş:» Mənim Dağlıq Qarabağ münaqişəsi barədə məlumatım var, mesajınızı aldıq. Biz sülhün bərqərar olmasını istəyirik. Sizə qarşı daxildə təzyiq olduğunu anlayıram. Sizi təmkinli olmağa və hərbi müdaxilədən çəkinməyə çağırıram. Vəziyyət çox mürəkkəbdir».

Süleyman Dəmirəl: “İnsanlarımızdan səbirli olmalarını xahiş edəcəm. Onlara bildirəcəm ki, hərbi müdaxilə mümkün deyil və bu gün problemi güc yolu ilə həll edə bilmirik. Biz Azərbaycanlı qardaşlarımızla birlikdə çalışacağıq».

Prezident Buş: «Ötən həftənin sonu prezident Ter-Petrosyan mənə zəng etdi. Bildirdim ki, münaqişə sülh yolu ilə nizamlanmalıdır», erməni politoloq söyləyib.(axar.az)

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Shares