19.04.2024

Eldar Əzizov qoyulacaq heykəllərdən danışdı

Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər davam etdirilir.

Veteran.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

«Hazırda heykəlin hazırlanması işləri görülür. Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq», — deyə BŞİH başçısı bildirib.

Qeyd edək ki, Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.

******

Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib ki, Müslüm Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər aparılır.

E. Əzizov qeyd edib ki, Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər görülür:

“Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: