29.03.2024

Azərbaycanda əlillik qrupları ləğv edilir, yox «qrup» ifadəsi dəyişdirilir

Azərbaycan KİV-ləri yanlış olaraq, «Azərbaycanda əlillik qrupları ləğv edilir» informasiyası yayılıb. Əslində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişiklik «qrup-dərəcə» ifadəsi ilə bağlıdır.


Dəyişikliklə qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəli əlillik, II qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.


Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: