28.03.2024

AVMVİB Ağstafa rayon şöbəsindən veteranlara dəstək

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağstafa rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Ədalət Şükürovun verdiyi məlumata görə, xeyriyyəçi kimi tanınan Elmar Kərimovun şəxsi təşəbbüsüylə rayonda yaşayan imkansız 20 müharibə veteranı ailəsinə ərzaq paketləri verilib.

Ədalət Şükürov bizimlə söhbətdə bildirdi ki, AVMVİB Ağstafa rayon şöbəsinin sədri Alməmməd Babaxanovun rəhbərliyi ilə ərzaq paketləri müharibə veteranlarının evlərinə çatdırılıb.

AVMVİB Ağstafa rayon şöbəsi rəhbərliyi bu çətin məqamlarda müharibə veteranlarını unutmadığına görə, Elmar Kərimova öz minnətdarlıqlarını bildirib.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: