29.03.2024

O TÜRKÇÜLÜYÜN İDEOLOQLARINDAN İDİ

Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım
Atası haqqında müsahibələrində maraqlı bilgilər verirdi. Onlardan ən təsirlisi Atatürkün ölümü ilə bağlıdır:

“Karaköydən gəmiyə minib evə getdim, atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim.

— “Təəssüf” — dedi.

Bir də gördüm ki, atam Ağaoğlu Əhmədin fotosunun qabağında durub, “mənim heç kimim qalmadı”, – deyib ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm”.

Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı.

Mənbə: Difai təşkiatı

На изображении может находиться: 3 человека, часть тела крупным планом
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: