29.03.2024

Postkoronavirus dövrü və bizim rayon şöbələri

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi İdarə Heyətinin qərarıyla AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovla birgə zonalar üzrə rayon şöbələrinin monitorinqini mart ayının sonlarında yekunlaşdırmaq niyyətindəydik. Lakin yaranmış mövcud duruma görə yekun yığıncağı ertələdik. İdarə heyətinin son qərarına görə, artıq işləməyən və Birliyin verdiyi qərarlara etinasız yanaşan sədrlərlə vidalaşmalı olacağıq. Qərar qüvvədədir.

Plana görə rayon şöbələrinin zonalar üzrə fəaliyyəti 3 kateqoriya üzrə araşdırmağı planlaşdırmışıq:

 Fəal şöbələrimiz.
— Zəif fəaliyyət göstərmiş şöbələrimiz.
— Fəaliyyət göstərməyən şöbələrimiz.

Proses postkoronavirus dövründə qaldğımız yerdən davam edəcəyik. Bəzi veteranlarımızın problemi olan kimi müraciət etdiyi Birliyin ictimai varlığı və fəaliyyətini izləməməsi, biganə münasibət bəsləmələri tənqid edilməlidir. Yaratdığımız interaktiv cədvəldə səs vermiş 521 nəfərlik şəxsin statistikası fonundakı rəqəm 67 minlik veteranlar ordusudur. Sadəcə utanc verici bir rəqəmdir. Üstəlik, bu rəqəmlərdəki göstəricinin 459 — u Yasamal, Nərimanov, AVMVİB Dəmir Yol şöbəsi, Çilov, Sumqayıt, Nəsimi şöbələrinin payına düşür. Qalan şöbələrə isə cəmi 63.

Xatırladım ki, I Zonaya daxil etdiyimiz rayon şöbələri aşağıdakılardı:

1. Qaradağ
2. Səbail
3. Nəsimi
4. Yasamal
5. Binəqədi
6. Xəzər
8. Sabunçu
9. Suraxanı
10 Nizami
11. Pirallahı
12. Çilov
13. Xətai
14. Nərimanov
15. AVMVİB Polis Müharibə Veteranları
16. AVMVİB Dəmir Yol şöbəsi
17. Sumqayıt
18. Abşeron

AVMVİB İdarə heyətinin aylıq üzvlük haqqı kimi rayon şöbələrinin 10 manat ödəməsi üçün qərar verib və bu qərar şöbələrin iştirakıyla qəbul edilib. Saytlar yarandığı gündən bu vəsaitin sayta verilməsini təmin etmək bizə tapşırılıb. 4 il ərzində bu qərara çox cüzü şöbə sədri əməl edib. 2019-cu il ərzində bu qərar yalnız Mingəçevir, Nizami, Nəsimi rayon şöbələri tərəfindən tam olaraq yerinə yetirilib. Bir necə şöbə isə 1-2 aylıq ödənişlər ediblər. Doğrusu 10 manat ödəniş edə bilməyən bu şöbələrin fəaliyyətləri də çox şübhəlidir. Çünki bir çox şöbələrdə sədrlərin şəxsi mənafeləri təşkilatın ictimai maraqlarından üstün olması faktları yetərincədir. Artıq bu istiqamətdə aparılan işlər nəticəsində iki şöbədə rəhbərlik dəyişdirilib. Proseslər davam etdiriləcək. Bildirək ki, bu vəsaitlər saytların texniki və internet üzərindən yayınları üçün vacibdi.

2020-ci ildə isə Yasamal, Çilov, Sumqayıt, Nəsimi, Tovuz və Ağstafa rayon şöbələri ilkin ödənişlər ediblər. Bu işi asanlaşdırmaq üçün bank kartı açdıq və nömrə hər iki saytda verilib.

Yaxud elə şpbələr var ki, müharibə veteranı döş nişanının olmamasını daim irad tuturdular. Amma bu günədək şöbə veteranlarını bu döş nişanları ilə təmin etməmələri barədə zənglər gəlməkdədir.

Dünən İsmayıllı rayonundan zəng edən veteranımız şöbənin fəaliyyətsizliyindən gileləndi. Şikayətçi tam haqlı iradlar bildirməkdəydi. Bir vaxtlar fəal olan dostum Ravid Pənahov da deyəsən bərk yorulanlar sırasına düşüb. Dostluğa baxmayaraq təşkilatın marağı hər kəs üçün şəxsi maraqlardan üstün olmalıdır və tənqidi çıxışlara, haqlı şikayətlərə geniş yer verəcəyik.

Sadəcə bilmək lazımdır ki, müharibə veteranlarının problemləri yaşlaşdıqca artmaqdadır. Ona görə də Birliyin çətin olsa da ayaq üstdə durması və daha geniş fəaliyyət göstərməsi vacibdir. Son koronavirus karantini dövründə bir çox şöbələrimiz imkansız qardaşlarımızın yanında olmaqla cəmiyyətə bir daha mesaj verdilər ki, «Veteran veteranın dostu və qardaşıdır!»

Yaxud da, «Biz birlikdə güclüyük!»

XATIRLATMA:

Saytların yaşaması üçün bizə dəstək olun!


1) AVMVİB rayon şöbələri Birliyin qərarına uyğun olaraq ödəməli olduqları aylıq vəsaiti;
2) Fedai.az və Veteran.az saytlarının normal fəaliyyəti üçün maddi yardım göstərmək istəyənlər;
— MilliÖn vasitəsi ilə aşağıdakı hesaba vəsait köçürə bilərlər:
Xaqani Rzaquliyevin adına açılmış Kapital Bank kartının hesab nömrəsi: 4169 7413 1132 6571

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: