18.04.2024

Dünyada koronavirusdan ölənlərin sayı 200 mini keçdi

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 891 min 491 nəfərə çatıb.

EDNews.net bildirir ki, bu barədə “Worldometers” xəbər yayıb.

Bildirilir ki, hazırda virusdan ölənlərin sayı 201 min 520 nəfərdir. İndiyədək 825 min 32 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya, Fransa və İngiltərədə qeydə alınıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: