19.03.2024

QARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR…

AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov məlumat verərək o ğünləri xatırlatdı. Bildirdi ki, Qaradağlı kəndinin hər 10 sakinindən biri şəhid olub. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı.

Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri qətlə yetirilib.

Ümumilikdə, Qaradağlı soyqırımında kənd 117 övladını itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.

Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb».

AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, hər il olduğu kimi rayon əhalisi Qaradağlı faciəsinin ildönümünü qeyd eləyir. Ümüd edirəm ki, tezliklə bu faciələrin qisasını düşməndən almalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: