18.04.2024

Azərbaycanda koronavirus STATİSTİKASI

Azərbaycanda daha 65 nəfər koronavirus infeksiyasına yoluxub.


Veteran.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 991 nəfərə çatıb.


İnfeksiyadan daha bir nəfər dünyasını dəyişib. Bununla da Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin sayı 10-a yüksəlib.


Son 24 saatda infeksiyaya yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Beləliklə, Azərbycanda koronavirusdan sağalanların sayı 159 nəfərə çatıb. 


Hazırda 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: