29.03.2024

Müharibə veteranı veteranlara səsləndi

Əziz veteranlar. Silahdaşlar!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin üzvləri, qazi və veteranlar adından 67 minlik veteran ordusuna müraciət edirəm.

1990-1995-ci illərdə biz veteranlar qanımızı,canımızı əsirgəmədən Vətəni qorumağa getdik.

Bu gün də Vətənimizin öz vətəndaşına ehtiyacı var. Koronavirus pandemiysı ilə əlaqədar ölkənin qan bankına daxil olan donor qanı hiss olunan qədər azalıb. Əksəriyyəti uşaq olan bir çox vətəndaşımızın qan köçürməyə ehtiyacı var.

Bu ilk növbədə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara təsir edir. Bir çox xəstə, yalnız onlara köçürülən qan sayəsində yaşayır.

Vətənnimiz, xalqımız naminə qanını, canını qurban verməyə hazır olan veteranlara müraciət edirəm. Qan vermək üçün qan köçürmə mərkəzlərinə müraciət edin, donor olun.

Qan vermək istəyənlər (012)440 65 86 nömrəsinə Qan bankına müraciət edə bilərlər.

Salman Hüseynov
AVMVİB Yasamal şöbəsinin sədri, istefada olan xüsusi təyinatlı mayor, II qrup Qarabağ müharibəsi əlili, hərbi həkim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: