İqbal Ağazadə əməldə millət vəkili oldu

Partiya sədri Xətai rayonu ərazisində yaşayan imkansız, şəhid, qazi ailələrinə ərzaq payladı.


Ümid Partiyasının sədri İqbal Ağazadə Parlament seçkilərində seçicilərinə daim onların yanlarında olacağı ilə bağlı verdiyi sözü bu gün, məhz daha çox lazım olduğu bir vaxtda əməli ilə sübut etməkdədir. Seçkilərdə onun qazandığı səsi saxtalaşdrmaq mümkün olsa da, seçici-namizəd sevgisini saxtalaşdırmaq mümkün deyil. İqbal Ağazadə sözün əsl mənasında koronavirusla mübarizə kampaniyasına başlayıb. Sfera.az xəbər verir ki, Azərbaycanda karantin rejimi olduğu bir vaxtda İqbal Ağazadə xeyirxah bir adım atıb.


Belə ki onun təşəbbüsü və təşkilatçılığı ilə Xətai rayonu ərazisində yaşayan imkansız, şəhid, qazi ailələrinə ərzaq paylanılır. Müxalifət partiyasının rəhbəri tərəfindən bu, həm də koronavirusla mübarizədə dövlətin çağırışına bir dəstəkdir. İqbal Ağazadə sübut edir ki, ümumi problemlərdə siyasi mövqeləri bir kənara qoyub, dövləti,  xalqı bu virus bəlasından birlikdə xilas etmək lazımdır.


Qeyd edək ki, Xətai rayonu ərazisində yaşayan imkansız, şəhid, qazi ailələri İqbal Ağazadəyə bu nəcib addımına görə minnətdarlıqlarını bildiriblər. (versus.az)

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •