Karantində olan şəxslər «Atletlər kəndi»ndə etiraz aksiyası keçiriblər — VİDEO

«Atletlər kəndi»ndə karantində saxlanılan şəxslərin bəzilərinin etiraz etməsinin səbəbi məlum olub. Belə ki, karantində olan bəzi şəxslər müddətin uzadılmasından narazı qalıb.

Musavat.com xəbər verir ki, xarici ölkələrdən Azərbaycana gələn vətəndaşların bir hissəsi «Atletlər kəndi»ndə yerləşdirilib. Aprelin 5-də orada olan şəxslərdən bir hissəsi 14 günlük karantin müddəti başa çatdıqdan sonra evə buraxılıb. Həmin şəxslərin iki dəfə koronavirusla bağlı testdən keçirildiyi bildirilir.


Aprelin 6-da gecə saatlarında isə karantində saxlanılan şəxslərin bir qrupu etiraz ediblər. Onlar karantin müddəti başa çatdığını- 14 gün tamam olduğunu əsas gətirərək evə buraxılmalarını tələb ediblər. Lakin onlara karantin müddətinin bir neçə gün davam edəcəyini deyiblər.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share