Koronavirus: Yoluxanların sayı 1 milyona yaxınlaşır

Cümə axşamı gününə olan məlumatlara əsasən, koronavirus infeksiyaya yoluxduğu təsdiqlənmiş insanların sayı 965 246 nəfərə çatıb, onlardan 203 007 nəfər sağalıb, 49 236 nəfər isə ölüb.

Ayrı-ayrı ölkələrdə koronavirusla bağlı vəziyyət necədir və hansı tədbirlər həyata keçirilir?

ABŞ

ABŞ hazırdakoronavirusa yoluxanların sayına görə dünyada birincidir — yoluxanların sayı 216 722-i keçib.

Beləliklə, ABŞ koronavirusa yoluxanların sayına görə İtaliya (110574) və İspaniyanı (110 238) keçib.

«Ölüm nisbətinin ən yüksək nöqtəsi iki həftə ərzində olacaq», Prezident Donald Trump bildirib.

Bazar günü ABŞ hökumətinin yoluxucu xəstəliklər üzrə yüksək rütbəli eksperti xəbərdarlıq edib ki, koronavirus epidemiyası 100 — 200 minədək amerikalını öldürə bilər.

Ölkədə fiziki məsafə kimi koronavirusa qarşı mübarizə qaydalarının aprelin sonunadək tətbiq ediləcəyi bildirilir.

İtaliya

Dünyada koronavirusdan ən çox ölüm sayı (13 155 nəfər) İtaliyadadır.

Burada COVID-19 koronavirusuna yoluxan insanların sayı 110 574 nəfər təşkil edib.

İspaniya

Bu ölkə aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada üçüncu yerdədir — burada son məlumatlara görə, 110 238 nəfər Covid-19-a yoluxub.

Lakin virusdan ölənlərin sayına görə ölkə ölkə İtaliyadan sonra ikinci yerdədir: İspaniyada Covid-19-dan ölənlərin sayı 10 003 nəfərə çatıb.

Madriddə xəstəxana

Çin

Koronavirus epidemiyasının beşiyi Çinin Uhan şəhəri sayılsa da, hazırda bu ölkə Covid-19 virusuna yoluxanların ümumi sayına görə dünyada dördüncü yerə düşüb.

Çində Covid-19-a yoluxanların sayı son məlumatlara əsasən, 82 431 nəfər, bu virusdan ölənlərin sayı isə Çinin Hubei vilayətində 3 199 nəfər təşkil edir.

Almaniya

Dünya üzrə ən çox yoluxanların sayına görə Almaniya beşinci ölkədir. Almaniyada koronavirusa yoluxanların sayı 80 641, ölənlərin sayı isə 997 nəfər təşkil edib.

Almaniya hökuməti ölkədə iki nəfərdən artıq qruplara toplaşmağı qadağan edib.

Almaniya kansleri Angela Merkel bazar günündən karantin rejiminə keçməli olub, çünki məlum olub ki, cümə günü ona profilaktik peyvənd vuran həkim də koronavirusa yoluxub.

İran

Azərbaycanın cənub qonşusu olan İranda koronavirusa yoluxanların sayı 50 468 nəfərə çatıb və bu göstəriciyə görə ölkə dünyada altıncı yerdədir.

Covid-19-dan ölənlərin sayı isə İranda bazar günü günorta 3 160 nəfər təşkil edib.

Fransa

İspaniya aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada yeddinci yerdədir — burada Covid-19-a 57 780 nəfər yoluxub.

Lakin virusdan ölənlərin sayına görə isə ölkə bir pillə yuxarıda olan Almaniyanı xeyli qabağlayıb: Fransada Covid-19-dan ölənlərin sayı 4 032 nəfərə çatıb.

London metrosu

Britaniya

Britaniya koronavirusa yoluxanların sayına görə dünyada səkkizinci yeri tutur — burada Covid-19-a yoluxanların ümumi sayı şənbə günü 34 116 nəfərə çatıb, ölənlərin sayı isə 2 921 nəfərdir.

Burada bazar ertəsi günündən başlayaraq əhalidən üç həftə evdə qalmaq istənilib.

Onlar yalnız «tamamilə zəruri» işə gedib-gələ, nadir hallarda «əsas ehtiyaclar» üçün bazarlıq edə və tibbi səbəb olduğu zaman küçəyə çıxa bilərlər.

Ölkədə iki nəfərdən artıq və ailə üzvü olmayan şəxslərin toplaşması qadağandır.

Bazar günü Britaniya hökumətinin kabinet naziri Michael Gove koronavirusla bağlı ölkədə tətbiq edilən sərt tədbirlərin «uzun müddət», təxminən 6 ayadək davam edə biləcəyinə hazır olmağın vacibliyini vurğulayıb./BBC/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share