28.03.2024

Qarabağ separatçılarının “prezident” seçkisi II tura qaldı

Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağda keçirilən qanunsuz “terrorbaşı seçkisi” II tura qalıb.

Axar.az xəbər verir ki, “seçki”də Araik Arutyunyan 49,25%, Masis Mailyan 26,4%, Vitali Balasanyan 14,7% “səs” toplayıb.

“Seçki”nin ikinci turunun 14 apreldə keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar və əksər dövlətlər bu qondarma seçkiləri tanımadığını rəsmən elan edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: