Xanım müharibə əlilinə dəstək olaq

AVMVİB sədrinin I müavini Kamil Şirinov xəstəlikdən əziyyət çəkən II qrup müharibə əlili, qələmiylə və silahıyla Qarabağ uğrunda döyüşmüş Familə Fərmanlıya baş çəkib.

Kamil Şirinov bizimlə söhbət zamanı, keçmiş döyüşçü Familə xanımın uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirdi. Müharibə əlilinin unudulduğunu və tam baxımsız olduğunu deyən AVMVİB sədrinin I müavini bu işə məsul olan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yarıtmaz fəaliyyətini və Səhiyyə nazirliyinin əlillərə münasibətini tənqid etdi. K. Şirinov, xəstəlikdən əziyyət çəkən müharibə əlili Familə Fərmanlı, onun bu problemini Dövlətimizin Başçısına, ya da Mehriban xanım Əliyevaya çatdırmağımızı bizdən xahiş etdi. 

O, bildirdi ki, müharibə əlili F. Fərmanlı müraciət etdiyi «Avrasiya» klinikası onu pulsuz müayinə etməkdən imtina edib və yalnız 15% güzəşt edə biləcəklərini deyib.

AVMVİB sədrinin I müavini Kamil Şirinov deyir ki, bu məsələ ilə bağlı həyəcan təbili çalmağın zamanıdır. Çünki aidiyyatlı ƏƏSMN öz missiyasını unudan bir kommersiya qurumuna çevrilib. Əlillərin problemi, şikayətləri və müraciətlərinə cavab belə vermirlər. Ona görə də hər kəsi müharibə əlili Familə Fərmanlıya dəstək olmağa çağırıram. Çoxları gizləndikləri zaman xanım döyüşçü Xocalıya yollanmış qəhrəman bir Vətən qızıdır.

Müəllif: Azər BAYRAM

Xəbərə aid digər fotolar

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share