19.04.2024

ABŞ-da gün ərzində 14 minə yaxın insan koronavirusa yoluxub

ABŞ-da son sutka ərzində koronavirusa yoluxanların sayı 13 min 960 nəfər olub.

RİA-nın məlumatına görə, bununla Birləşmiş Ştatlarda virusa yoluxanların ümumi sayı 38 min 167 nəfərə çatıb. 

Hazırda ABŞ bu göstəriciyə görə dünya üzrə üçüncü yerdədir. İlk yerlərdə Çin və İtaliya qərarlaşıb. ABŞ-da koronavirusdan ölənlərin sayı isə 396-ya bərabərdir.

ABŞ ordusu koronavirusla mübarizə məqsədiylə Nyu-York ştatına yeridilib.

Veteran.az xəbər verir ki, Milli Qvardiya qoşunlarının vəzifəsi otellərin, yataqxanaların və idman mərkəzlərinin reanimasiya şöbələrinə o cümlədən oxşar tibb müəssisələrinə çevrilməsini təmin etməkdir.

Hakim dairələr Nyu-Yorkda 10 min civarında reanimasiya şöbəsi yaratmaq niyyətindədir. Bildirilir ki, hakim dairələr prezident Donald Trampın göstərişi ilə belə addım atıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: