28.03.2024

İtaliya koronavirusdan ölənlərin sayına görə Çini keçdi

İtaliyada koronavirus pandemiyasından ölənlərin sayı artıb.

Fedai.az medicina.az-a istinadən xəbər verir ki, son sutka ərzində koronavirusa yoluxan 427 nəfər dünyasını dəyişib. Bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 3405 nəfərə çatıb. Ümumilikdə isə ölkədə 41 min nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, İtaliya sözügedən virusundan ölənlərin sayına görə Çini keçib. Asiya ölkəsində koronavirusdan ölənlərin sayı 3245 nəfərdir. Son gün ərzində İranda 149 nəfər dünyasını dəyişib.

İran bu cədvəldə 3-cü yerdədir. Bu ölkədə ölənlərin sayı 1237 nəfərdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: