28.03.2024

ABŞ-ın bütün ştatlarında FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi

ABŞ prezidenti Donald Tramp ölkədəki koronavirusla bağlı vəziyyətə dair açıqlama verib.

Tramp bildirib ki, bütün ölkədə fövqəladə vəziyyət elan edilib. Tibbi müəssələrin gücləndirilmiş iş rejiminə keçdiyini deyən Tramp, virus şübhəsi olan bütün vətəndaşların xəstəxanalara müraciət etməsini tövsiyyə edib. “Ağ ev” rəhbərinin sözlərinə görə, insanların müayinəsi üçün ayın sonuna qədər 5 milyon test hazır olacaq.

Hazırda isə 1,4 milyon test var. İnsanlar hətta avtomobillərindən düşmədən nümunələr verə bilər.

Qeyd edək ki, buna qədər 24 ştatda fövqəladə vəziyyət elan edilmişdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: