20.04.2024

Tramp: «The New York Times» jurnalistikaya ləkədir

Veteran.az ABŞ prezidenti Donald Tramp-ın rəsmi Twiiter səhifəsinə istinadən xəbər verir ki, prezident «The New York Times» qəzetini onun haqqında yalan hesab etdiyi məlumat yaymasından sonra bu nəşri «jurnalistikaya ləkə» adlandırıb.

«The New York Times» jurnalistikaya ləkədir. Mən hakimiyyətə gələndə bu qəzet iylənmişdi, mən hakimiyyətdən gedəndən sonra da iylənmiş vəziyyətdə qalacaq, yəni 5 ildən sonra da», — deyə o özünün rəsmi Twitter səhifəsində qeyd edib.

Bundan əlavə o həm də əlavə edib ki, dezinformasiya xalqın əsas düşmənidir.

2019-cu ilin yayında D.Tramp «The New York Times» qəzetini ABŞ-ın Rusiya əleyhinə kiberhücumları aktivləşdirməsinə dair dərc etdiyi materiallara görə dövlətə xəyanət ilə ittiham etsə də, qəzet bu ittihamı rədd etmişdi.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: