28.03.2024

Pensiyalar bayrama qədər ödəniləcək

Bu ay üzrə bütün pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödənəcək.

Veteran.az xəbər verir ki, bu barədə məıumatı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı yayıb.

Məlumatda bildirilir ki, Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq:

“Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb.

Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq”.

Məlumata əsasən, həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: