25.04.2024

Bu gün Ərdoğan Putinlə görüşəcək

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş bu gün martın 5-də Moskvada baş tutacaq – “Exo Moskvı” radiostansiyası xəbər verib. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Moskva Suriyada terrorçularla mübarizədə Ankara ilə əməkdaşlığa böyük önəm verir.

Türkiyə ordusunun Suriyada mümkün quru əməliyyatı haqda suala cavab verərkən Peskov iki prezident arasında danışıqların sonunu gözləməyi tövsiyə edib.

Hazırda Türkiyə Suriyada Rusiya və İranın dəstəyi ilə hərəkət edən Bəşər Əsəd qoşunlarına qarşı “Bahar qalxanı” hava əməliyyatını həyata keçirir.

Əməliyyat Əsəd qüvvələri və Rusiya aviasiyasının Suriyada fəaliyyət göstərən Türkiyə kontingentinin 36 hərbçisinin ölümü ilə nəticələnən hücumundan sonra başlayıb – BBC yazır. Cavabında Türkiyə aviasiyası, artilleriyası və dronları Əsəd qüvvələrinin hərbi infrastrukturunun – hərbi bazalar, aerodromlar, anbarlar – məhvinə başlayıb. Son iki sutka ərzində iki SU-24 bombardmançı təyyarəsi vurulub. Əsədin hərbi qüvvələrində həlak olanların sayı yüzlərlədir.

Əməliyyat başlamazdan əvvəl Ərdoğan Rusiyanı “kənarlaşmağa” və Türkiyəni Əsədlə təkbətək qoymağa çağırmışdı.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: