28.03.2024

Aprel döyüşlərinin iştirakçısı yol qəzasında vəfat etdi – Foto

Aprel döyüşləri iştirakçısı, xüsusi təyinatlı hərbçimiz Loğman Cəfərov vəfat edib.

Veteran.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hərbçimiz avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Loğman Cəfərov bu gün doğulduğu Cəlilabad rayon Qarağac kəndində dəfn edilib.

Allah rəhmət eləsin!

AVMVİB Rəhbərliyi mərhumun yaxınlarına xəbərdən üzüldüklərini bildirir və dərin hüznlə baş sağlığı verirlər.

Məkanı cənnət olsun!

Aprel döyüşlərinin iştirakçısı yol qəzasında vəfat etdi - Foto
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: