29.03.2024

Rusiya İdlib məsələsində Türkiyə ilə RAZILAŞDI

Rusiya İdlibdə Əsəd rejiminin hücumundan sonra bölgədə gərginliyin azaldılması üçün Türkiyə ilə razılığa gəldiklərini açıqlayıb.

Veteran.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi dünən Türkiyənin nümayəndə heyəti ilə Ankarada baş tutan görüş haqda açıqlama yayıb.

Açıqlamada tərəflərin Suriyada gərginliyi azaltmaq məqsədilə razılığa gəldiyi vurğulanır.

Rəsmi Ankaradan məlum danışıqlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Əsəd rejiminin Türkiyə ordusuna hücumundan sonra 33 türk əsgəri şəhid olub, 32 nəfər yaralanmışdı və dünən də bir türk əsgəri şəhid oldu.

Cavab əməliyyatları zamanı 300-dən çox suriyalı əsgər zərərsizləşdirilib.
Türkiyə mənbələrinə istinadən xəbər verir ki, ölənlər arasında Suriya ordusunun 124-cü briqada komandanı, general Burhan Rahmun da var.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: