19.04.2024

Acınız acımızdır, Türkiyə!

Türk ordu birliklərinin karvanına xaincəsinə basqın nəticəsində 33 nəfərin şəhid olması xəbəri Azərbaycanda da ürək ağrısıyla qarşılandı.

AVMVİB sədri Füzuli Rzaquliyev çox minlik müharibə veteranları ordusu adından qardaş Türkiyə xalqına başsağlığı verib.

F. Rzaquliyev bizimlə söhbətdə bildirdi ki, Rusiyanın bu cür məqamlarda etdiyi xəyanət üslubu Qarabağ uğrunda döyüşmüş hər bir döyüşçüyə yaxşı məlumdur. Həmçinin öz xalqına qarşı genosid siyasəti həyata keçirən Bəşər Əsəd bu xain hücumla öz sonunu yaxınlaşdırdı. Çünki Tanrı hansı xalqı cəzalandırmaq istəyirsə Türkə düşmən edər və Türk Tanrının əmrini icra edər.

AVMVİB sədri F. Rzaquliyev son 45 ildə Türk Silahlı Qüvvələri ən çox sayda itki verməsi hər birimizi üzdü. Bir daha Allahdan şəhidlərə rəhmət diləyir və məkanları cənnət olsun deyirik!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: