Prezident fərmanda dəyişiklik etdi

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” fərmana dəyişiklik edilib.

Veteran.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Azərbaycan Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı dəyişdirilib.

İlham Əliyevin fərmanına əsasən, sənədin 2-ci hissəsinə “Azərbaycan Respublikasının müdafiə sənayesi naziri” abzasından sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri” abzası əlavə edilib.

Qeyd edək ki, bu fərman Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi ilə əlaqədardır.

Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da komissiyanın tərkibinə daxil edilib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •