29.03.2024

Liviya XİN: Türkiyə olmasa idi, mövqelərimizi qoruya bilməyəcəkdik

Türkiyə hərbçilərinin Liviyaya gəlməsi Tripoli ətrafında vəziyyəti balanslaşdırıb.

“Akhbar Libya24” xəbər verir ki, bunu dünya tərəfindən tanınmış Liviya hökümətinin XİN rəhbəri Məhəmməd ət-Taher Siyala bəyan edib.

Onun sözlərinə görə, türkiyəli hərbçilərin əsas məqsədi mülki şəxsləri qorumaqdır.

“Türkiyənin gəlişi yerdə vəziyyəti balanslaşdırdı. Onlar olmasa idi, biz bu gün əlimizdə olan mövqelərimizi saxlaya bilməyəcəkdik”, — deyə nazir vurğulayıb./Oxu.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: