28.03.2024

XOCALIYA APARAN YOLLAR…

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

II YAZI /Təkrar

TAM 28 İLDİR Kİ, BİR SUALA CAVAB TAPA BİLMİRƏM: NİYƏ BİZİM ARTİLERİYA VƏ QRAD QURĞULARI O GECƏ ƏSKƏRANA BİRCƏ DƏNƏ DƏ MƏRMİ ATMADI? NƏDƏN???

ABŞ-da yaşayan görkəmli alimimiz, professor Tariyel Azərtürk sosial şəbəkədə mənə ünvanlanan bir status paylaşıb və çox hörmətli alimimizin müraciətinə cavab olaraq bu yazını yazmaq qərarına gəldim. T. Azərtürk yazır: «XOCALIDA MƏHV EDİLƏN İKİ MİNDƏN ÇOX QURBAN BU ŞƏHƏRİN SAKİNLƏRİ DEYİLDİLƏR, YOXSA SONRAKI TERRORİST AKTLARINDA AYRICA QƏTLƏ YETİRİLDİLƏR?

Xaqani bəy, bu məsələyə siz müdaxilə edib bu səhvi düzəltməyə girişəsiz bəlkə? Dünyanın hər yerinə bar-bar bağırırlar — «Xocalıda 613 nəfər şəhid edilib, 1275 nəfət girov götürülüb». Deyirəm bəlkə onlardan heç olmasa 5 nəfəri azad olunub, evə qaytarılıb?

Bəlkə sağ qalıblar? 27 il keçib üstündən. «Girov alınanların» bircəciyindən bəlkə bir xəbər var?

Qoy lap girovluqda olsun, amma bir nəfər dirisindən bir məlumat olsun.

Bəs onlar necə oldular, yerə batdı, göyə çəkildilər — bilinmir. Deməli onlar yoxdular.

Bəs onda əsirlikdə min zillətlə qətlə yetirilmiş bu boyda milləti niyə diri yerinə təqdim edib, düşmənin törətdiyi cinayətini yüngüləşdirir, bu dövlət?

613 + 1275 (?) = 1888 + tamam itib-batanlar (ödürülüb, ya da diri-diri yandırılanlar) = ən azı 2000 nəfər! 2000 hara, «Xocalıya ədalət»də hey təkrarlanan 613 nəhs rəqəmi hara?

XOCALIYA APARAN YOLLAR...

1970-ci illərdə Brokqauz Efron ensiklopediyasında 1915-ci ildə deportasiyada məhv olmuş erməninin sayını 400 min göstərirdilər. 20 ildən sonra — 1990-cı illərdə ölənlər doğularaq artıb çoxaldılar və bir milyon yarıma çatdılar. 20 il ərzində! Bizimkilər isə iki ayaqların bir başmağa dirəyiblər ki, yox, dünya dağıla bizdən öldürülənlərin sayı 613 nəfərdir ki, 613 nəfər!

Bəs qalan öldürülənlər Xocalıdan deyildilərmi? Bəs elə həmin gecədə həmin rus-erməni terroristlərinin törətdikləri genosidin qurbanları deyillərmi onlar?

Bunu «FEDAİ.az» qəzetnizdə ayrıca işıqlandırın görək dövlətin cavabdeh qurumları, hüquqçular buna nə cavab verəcəklər?

27 ildi bu ağır daşı ürəyimdə, hisslərimdə gəzdirirəm»…

Bizim üçün dəyərli olan Tarıyel bəyin bu istəyini nəzərə alaraq bildiyimiz və bilmək istədiyimiz bəzi məlumatları açıqlamağa çalışacağıq.

Rəsmi məlumat belədir: «Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil».

XOCALIYA APARAN YOLLAR...

Digər bir rəsmi məlumat isə əsir və girovlar haqqındadır: «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 yanvar 2019-cu il tarixinə 3888 nəfərdir. Dövlət Komissiyasının İşçi qrupunun məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718 nəfərdir. Ümumilikdə itkinlərin 3622 nəfərini kişilər, 266 nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir. Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir. Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Həmin mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.

1 yanvar 2019-cu il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1483 nəfər olub. Onlardan hərbçilər 365 nəfər, mülki şəxslər 1118 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 226-sı uşaqlar, 364-ü qadınlar, 225-i qocalar olub».

Bildirim ki, bu illər ərzində biz əsirlər və girovların kartotekası hazırlanmayıb. Statistik məlumatların konkretləşdirilməyib. Xocalıdan azad edilmiş əsirləri isə, rəsmi mənbədə «Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 nəfər Xocalı əsirini ermənilərin əlindən xilas etməsi kimi qeyd edilir». Yəni Tarıyel bəyin şübhələri yersiz deyil. Rəsmi olaraq 1275-1003=272 nəfər və üstəgəl rəsmi olaraq 150 nəfər itkin. Yəni Xocalının aidiyyatlı orqanları bu işi bu günədək həyata keçirməmələrinə yalnız təəssüflənmək olar. Bu ilkin bir mənbədən çıxan fərqdir. Bu da 613+422=1035 nəfər.

Bu günədək Xocalı şəhərində yaşayan əhali sayı tam dəqiqliklə əks olunmayıb. Erməni mənbələrindən aldığım bir yazıda deyiliur: «1988-ci ildə 2,135 nəfər təşkil edən kənd əhalisi 1991-ci ildə Stepanakert və Dağlıq Qarabağdakı bəzi qəsəbələrdən olan azərbaycanlı qaçqınlar hesabına, o cümlədən 1991-ci ilədək 6,300 nəfərədək artıb». Amma bizim qeyri-rəsmi mənbələrdə şəhərdə 10 min nəfərədək əhalinin yaşadığı barədə məlumatlar vardı. Bu gün Beynəlxalq məhkəmələrə müraciət etməməyimiz və bu sahədə Roma Beynəlxalq Konvensiyasına üzvlüyə müraciət etməməyimiz də çox şübhəli məqamlardan xəbər verir. Niyə etməmişik? Bu sualın cavabını bilən varmı?

XOCALIYA APARAN YOLLAR...

Bu Konvensiyaya üzv olmadan Haaqa məhkəməsinə Xocalı soyqırımını çıxara bilmərik. Hərbi canilər, Ter-Petrosyan, Koçaryan, Sarkisyan və onlarla qniçən cəlladlar bu cinayətə görə cəza almayacaqlarına, məhz buna görə əmindirlər.

Bəli, haqlısınız, cənab professor! Biz heç öz itkilərimizi də hesablamağa qadir deyilik. İstər rus, istərsə də xarici jurnalistlərin verdiyi məlumatlarda itkilərin miqyası daha böyükdür. Girovluqdan gələnlər haqqında isə ən dolğun məluatları Aygün Həsənoğlunun «Erməni sindromu» adlı kitabından tapmaq və bu dəhşətləri yenidən yaşamaq mümkündür. Faciənin ilk günü iqtidarlı, müxalifətli 3 nəfər itki verən Xocalı informasiyası, bu gün də yanlış olaraq 613 nəfərdir. Düşmən isə o günlər Xocalıya hücum zamanı 7 erməni öldürüldüyü və 20 nəfərin isə yaralanması və erməni tərəfinin 10-12 nəfər arasında itkin düşməsiylə yanaşı, «Pro-Ermənistan» xəbər agentliyi, Xocalı yaxınlığındakı döyüşdə 30-dan 40 nəfərədək Azərbaycan əsgərinin həlak olması, 100-dən çox əsir götürülməsi barədə məluat yaymışdı. Bu gün bəzi əlaltılar, hətta bu ölümləri də xalqın öz üzərinə qoyacaq dərəcədə xaindirlər.

Amma mənim də öz sualım var. Nədən həmin gecə Əsgərana bir mərmi də atılmadı? Düşməni hədəfdən yayındırmaq üçün mütləq olan, sayı iki rəqəmli ədədlərlə ölçülən toplar, Qrad qurğuları susdu? Axı yuxarıların əmrini bəhanə edənlərə yerinə yetirilməmiş bir əmr verilmişdi:

23 февраля 1992 года был составлен проект приказа командующего Карабахской зоной.
Боевой приказ №1
Командующего силами
Карабахской зоны
г.Агдам
От 23 февраля 1992 года
В целях локализации и ликвидации армянских бандитских формирований и обеспечения безопасности г.Ходжалы, организации обороны аэропорта, удержания населенных пунктов всеми силами и средствами Карабахской
зоны
ПРИКАЗЫВАЮ:
1. Всем командирам подразделений, дислоцированных на территории Агдамского района, выслать разведывательные группы по маршрутам:
— мотострелковому батальону (командир Худи Худиев) к 14.00 совершить марш в Аскеран, захватить огневые позиции армянских бандформирований, организовать оборону г.Аскеран.
— командиру отдельной роты территориальной обороны Багирову Аллахверди совершить марш по маршруту Агдам — Касымлы — Нахчиваник, занять огневые позиции противника, организовать атаку на Нахчиваник, силами 1-го взвода батальона самообороны (подполковник Мирзоев) в дальнейшем захватить н.п. Пирджамал.
— командиру отдельной роты территориальной обороны (Магеррамов Асиф) совершить марш по маршруту Агдам — Аскеран — Кятук, захватить огневые позиции противника и удержать их.
— командиру отдельного батальона территориальной обороны Рзаеву Ягубу совершить марш по маршруту Агдам — Ханабад, захватить огневые позиции армянских бандформирований и организовать оборону, в дальнейшем выйти на н.п. Неркин — Кылычбаг.
— командиру ОМОНа Джавадову Ровшану и командиру батальона патрульно-постовой службы (Гатамов Тельман, фактически Фаик Бакшалиев) совершить марш по маршруту Агдам — развилка, затем Агдам — Ходжалы, усилить оборону г.Ходжалы, в случае необходимости сдержать натиск противника со стороны Ханкенди.
— группе территориальной обороны н.п.Малыбейли совершить марш по маршруту Агдам — Кятук, захватить огневую позицию и удержать.
— силами группы территориальной обороны в составе батальона ППС МВД удержать оборону г.Ходжалы и вести активные действия в направлении Новый Нюрагюх.
— командиру территориального батальона силами обороны Агдамского района организовать территориальную оборону Агдамского района, иметь в своем составе резерв в составе 1 взвода с 1 БТР и 1 танком Т-72, при готовности к вводу в бой…

XOCALIYA APARAN YOLLAR...

Bu əmr niyə yerinə yetirilmədi? Şahidlərin dediyinə görə həmin gecə Bakı ilə əlaqə üçün qurulmuş rabitə otağı İH binasında yerləşən qərargahda kimlər tərəfindən dağıdılmışdı? Aşkar və gizli düşmənə işləyənlər kim idi? Bunu bilib susanlar da düşmənə işləyənlərlə eyni statusdadırlar.

Xocalı ədalət axtarır. Amma öz içimizdə tapa bilmədiyini uzaqlarda və bizim faciəmizi tanıyan ellərdə axtarır:

Meksika. 2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.

Pakistan. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.

Kolumbiya. 2012-ci il aprelin 24-də Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb.

Çexiya. 2013-cü il fevralın 19-da Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Bosniya və Herseqovina. 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Peru. 2013-cü ildə Peru Respublikasının parlamentində Xocalı soyqırımı rəsmən tanınıb.

Honduras. Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

Sudan. 2014-cü ildə Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırım aktı qəbul edərək tanıyıb.

Rumıniya. 2013-cü ildə Rumıniya Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib.

57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb.

Bundan başqa, ABŞ-ın 22 ştatı – Texas, Nyu-Cersi (2011-ci il), Corciya, Men (2012-ci il), Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Uest, Virciniya, Connektikut, Florida (2013-cü il), İndiana (2014-cü il), Arizona (2015-ci il) və s. Xocalı soyqırımını rəsmən tanıyan ştatlardır.

Qaldı bizim tanımağımız…
Qaldı öz qisasımıza sahib çıxmağımız…
Qaldı şəhid qanları çilənmiş torpaqlarımızı o murdar düşmənin tapdağından azad etməyimiz…

XOCALIYA APARAN YOLLAR...
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: