29.03.2024

Türkiyə İdlibdə dəhşətli ƏMƏLİYYATA BAŞLADI — Hərbi texnikalar və general məhv edildi

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

“Report” “Halab Today”ə istinadən xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.

Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-sını və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

“CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir.

“Rusiya, Türkiyə və İran prezidentləri arasında görüşün təşkil olunması üçün müzakirələr aparılır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O, hələlik konkret tarix üzərində anlaşmanın əldə edilmədiyini deyib:

“İran tərəfi ilə bu barədə müzakirə apardıq, zirvənin keçirilməsi üçün danışıqlar davam edir. Rusiya tarix üçün öz təklifini verdi, amma bu, hər üç lider üçün uyğun vaxt olmalıdır. Hələlik müzakirələr başa çatmayıb, əlavə məlumat verəcəyik”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: