Paşinyan ordunu «dəyişdirir» — ARD-ARDA İSTEFALAR

Ermənistanın baş naziri Nikol Paşinyan orduda əsaslı dəyişikliklər aparmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə özünün feysbuk səhifəsində məlumat yayan baş nazir ötən gün silahlı qüvvələrdə döyüşdən kənar itkilərin artmasına dair aparılan müzakirələrdən sonra kadr dəyişiklikləri də daxil olmaqla bəzi qərarlar verib.

Daha əvvəl istefası açıqlanan qondarma «Dağlıq Qarabağ Respublikası»nın müdafiə naziri Karen Abramyanın da gedişi bu qəbildəndir.

Ermənistan ordusunda bu kimi istefaların artacağı gözlənilir. Çünki baş nazir “silahlı qüvvələrdəki kriminal davranışlar və intizam” ilə bağlı problemlərin həllinin ən mühüm məsələ olduğunu bildirib və müvafiq qurumlara ciddi tapşırıqlar verib.

Qeyd edək ki, 2020-ci il daxil olandan bəri Ermənistan ordusu döyüşdənkənar şəraitdə 13 itki verib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •