29.03.2024

Mehriban Əliyeva gəncləri təbrik etdi — FOTO


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “İnstagram” səhifəsində gəncləri təbrik edib:

«Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!»

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: