18.04.2024

Müharibə veteranları Siyavuş Novruzovla bağlı birgə bəyanat yaydı

“Azərbaycanın layiqli övladlarına səs verək!”

Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə irəli sürülmüş Siyavuş Novruzovun müdafiəsi ilə bağlı bəyanat qəbul edib.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, müasir Azərbaycan siyasətində özünəməxsus yeri olan Siyavuş Novruzov hər zaman milli və dövlət maraqlarımızın müdafiəsi yönündə prinsipial mövqeyi ilə fərqlənib.

S. Novruzov həmçinin, Ulu öndər Heydər Əliyev ideya-siyasi xəttinin sadiq ardıcılı kimi, Azərbycan Prezidenti İlham Əliyevin siyasətinin cəmiyyətə çatdırılmasında xüsusi xidmətləri ilə seçilib.

Qarabağ veteranlarına, şəhid ailələrinə, Qarabağ əlilərinə göstərdiyi diqqət və qayğı S. Novruzovun bizim üçün unudulmazdır. O, bizim keçirdiyimiz tədbirlərdə aktiv iştirakı ilə, qaldırdığımız məsələlərin həllinə yönəlik fəaliyyəti ilə hər zaman yanımızda olduğunu hiss etdirib.

Fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri islahatlar yolunda addımlayan ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

Biz — Vətən Müharibəsi Veteranları İctimai Birliyi belə bir əlamətdar hadisə ərəfəsində hörmətli dostumuz — 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatlığa namizəd Siyavuş Novruzovun namizədliyini müdafiə etdiyimizi bəyan edərək, həmin dairənin seçicilərini Siyavuş Novruzova səs verməyə çağırırıq.

Layiqli namizəd Siyavuş Novruzova səs verək!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

«Azərbaycan Əfqanıstan Veteranları» İctimai Birliyi

«Çernobı Əlilləri» İttifaqı İctimai Birliyi

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti

“20 Yanvar” İctimai Birliyi

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: