Son 3 ildə 4808 nəfər Azərbaycan vətəndaşı Türkiyədə 1 milyon dollar dəyərində daşınmaz əmlak alıb

Bu onlara Türkiyə vətəndaşlığını əldə etməyə imkan verir.

Son üç ildə 4808 nəfər Azərbaycan vətəndaşı Türkiyədə 1 milyon dollar dəyərində əmlak alıb. Belə əmlak alışı, bu əmlakı üç il saxlasalar, Türkiyə vətəndaşlığını əldə etmə imkanı verir.

Beləliklə, bu müddət ərzində Azərbaycan vətəndaşları Türkiyəyə təxminən beş milyard dollar sərmayə yatırıblar (bütün digər investisiya növlərini nəzərə almasaq).

2017-ci ildə bahalı daşınmaz əmlakın alınması yolu ilə vətəndaşlıq əldə etməyə imkan verən müvafiq qanun qəbul edildikdən sonra Türkiyədə əmlak alan əcnəbilərin sayı xeyli artıb. (Euronews)

Türkiyədə əmlak satın alan əcnəbilər arasında hazırda İraq vətəndaşları liderlik edirlər.

Azərbaycan bu reytinqdə Böyük Britaniyadan sonra doqquzuncu yerdədir./JAMnews/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share