19.04.2024

Döyüşçü qadınlar etiraz edirlər…

Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib.


Sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq yaradan kliplə bağlı «Müharibə Veteranı Qadınlarına Sosial Yardım» ictimai Birliyi və təşkilatın üzvləri olan bir qrup müharibə veteranı qadınlar Şəhidlər Xiyabanında etiraz ediblər.


«Müharibə Veteranı Qadınlarına Sosial Yardım» ictimai Birliyinin sədri Radə Abbas, Şəhidlər Xiyabanında məqsədli şəkildə əkilmiş ağacların tezliklə şəhid məzarları ətrafından götürülməsi məsələsini qaldırıb.
Xatırladaq ki, bu ağacların əkilməsi şəhid məzarlarını, xüsusən də Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan döyüşçülərin məzarlarını gizləmək üçün əkildiyini kimsə dana bilməz və bu məsələ kimin sifarişi olması ciddi surətdə araşdırılmalıdır.

Veteran.az


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: